Ayaqlarda şişkinliyi azaldan dəmləmələr. RESEPTLƏR

loading...

Ayaqlarda şişkinliyi azaldan dəmləmələr. RESEPTLƏR

 

Yayda bir çox insanlar axşama yaxın ayaqlarda əmələ gələn şişkinlikdən şikayətlənir.

Təbii ki, belə şişkinlik sizi tez-tez narahat edərsə, həkimə müraciət etmək lazımdır. Belə şişkinliklər ürək-damar, böyrək, limfatik sistemi xəstəliklərinin, sümük və oynaq patologiyalarının əlaməti ola bilər.

Lakin bir çox hallarda belə şişkinlik hətta tam sağlam insanlarda vaxtaşırı olaraq əmələ gəlir. Bunun səbəbləri arasında:  həddindən çox mayenin qəbulu (bu xüsusilə yayda olur), ayaq üstə uzun müddət ərzində qalmaq, narahat ayaqqabı və s.

Sizə ayaqlarda şişkinliya azldan dəmləmlərin reseptlərini təqdim edirik:

1. 2 x.q xırda doğranmış təzə cəfəri 1 stəkan qaynar suda 1 saat ərzində dəmlənir, süzülür və gündə 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla içilir.

2. 2 x.q. təzə və ya 1 x.q. qurudulmuş qarğıdalı saçaqları 1 stəkan qaynar suda 1 saat ərzində dəmləyin, süzün və gün ərzində 3 dəfə stəkanın 1/3 hissəsi olmaqla qəbul edin.

Bu dəmləmələr həmçinin orqanizmi yaxşı təmizləyir, arıqlamağa kömək edir.

(saglamolun.az)



 

loading...
Oxşar xəbərlər