Zəncirotunun faydaları və müalicəvi təsiri

loading...

Zəncirotunun faydaları və müalicəvi təsiri

Zəncirotu çox faydalı və müalicəvi bitkidir. Zəncirotu universal bitkidir. Müalicə məqsədi ilə zəncirotunun yarpaqları, gülləri və kökləri istifadə olunur.

Zəncirotunun güllərindən çox faydalı şirə hazırlanır. Bu şirə orqanizmi toksinlərdən təmizləyir, qaraciyərin və öd kisəsinin fəaliyyətinə müsbət təsir edir, yaxşı ödqovucu təsirə malikdir.

Zəncirotunun güllərini yığın, yuyun, şüşə qabına doldurun, üzərinə şəkər tozu tökün, 4 gün sərin, qaranlıq yerdə saxlayın. Alınmış şirəni süzün və gündə 3 dəfə yeməkdən 30 dəqiqə əvvəl 1 xörək qaşığı olmaqla qəbul edin. Müalicə kursu - 10 gün. Şirə qurtarandan sonra yeni porsiya hazırlayın. (saglamolun.az)


loading...
Oxşar xəbərlər