Arıqlamağa kömək edən, ürək və qaraciyər üçün çox faydal dəmləmə - RESEPT
Sizə çox faydalı dəmləmənin reseptini təqdim edirik. Bu dəmləmə ürək və qaraciyər üçün çox faydalıdır. Həmçinin dəmləmə mübadilə prosesləri, piylərin parçalanmasını sürətləndirir və bununla da arıqlamağa kömək edir. Təqdim etdiyimiz dəmləmə immun sistemini möhkəmləndirir, soyuqdəymə və qripp xəstəliklərinin qarşısını alır. Dəmləmənin inqrediyentləri orqanizmi ziyanlı maddələrdən təmizləyir, iltihabı azaldır, xolesterolun səviyyəsini aşağı salır, arterial təzyiqi tənzimləyir. Dəmləməni hazırlamaq üçün axşamdan termosa 1 ovuc əzilmiş itburnu meyvələri, 1/3 çaya qaşığı darçın, 3-4 sm uzunluqda rəndələnmiş zəncəfil kökü tökün, üzərinə yarım litr isti su tökün , səhərə qədər dəmləyin. Səhər tənzifdən yaxşı süzün və gün ərzində çay kimi qəbul edin. Qəbul etdikdən əvvəl dəmləməyə bal əlavə edin. (saglamolun.az)