İlk İNTİM Əlaqə - Onu Necə Xoşagələn və Ağrısız Etmək OLAR?
Aile.fenomen.az saytı maraqlı mütəxəssis fikirlərini sizinlə bölüşməyə davam edir.
Qadın və kişilərin əksəriyyəti düşünür ki, ilk cinsi akt qadın üçün az həzzverici və ağrılı prosesdir.Bu məlumatımız xüsusilə gənc qızların diqqətini çəkəcək və maraqlarına səbəb olacaq.Məlumatımızda hər kəsin həyatında baş verən bu prosesin xoşagələn və yaddaqalan olması üçün vacib fikirləri sizinlə tanış edəcəyik.
İlk seksual təcrübə üçün nə lazımdır?
Qadınlar üçün ilk cinsi əlaqə əlamətdar və yaddaqalan hadisədir.Buna görə də bu önəmli və vacib prosesin sevdiyiniz insanla baş verməsi çox önəmlidir.Gəlin, ilk seksual təcrübə üçün lazım olan vacib faktorları aydınlaşdıraq.
- Praktiki olaraq, hər qız heç olmazsa ömründə bir dəfə də olsa romatik kitab oxuyur.Məhz bu kitabların bəzilərində ilk gecə çox romantik - qızılgül ləçəkləri, həzin musiqi və s . kimi təsvir olunur.Lakin, əziz xanımlar, unutmayın, bu təsvir olunan hallar çox gözəldir, amma onlar çox zaman real həyatda baş vermir.Buna görə kədərlənməyə də dəyməz.Çünki, bu vacib proses zamanı əsas olan hiss etdiyiniz hisslər və fiziki komfortunuzdur.
- Sizin ilk dəfə cinsi əlaqədə olduğunuz şəxs nəvaziş və sığalları unutmamalıdır.Bu hallar ilk dəfə əlaqədə olarkən çox önəmlidir.Belə edilən halda qız özünü ehtiraslanmış və eyni zamanda da güvəndə hiss edəcək.Bu proses zamanı tələsmək yalnız pis və xoşagəlməz nəticələrə yol açır.
Ağrısız və qorxusuz ilk cinsi əlaqə
Demək olar ki, bu sual istənilən gənc qızı narahar edir – "ilk cinsi yaxınlığı ağrısız olması üçün nə etmək olar?”
Belə demək olar ki, cinsi əlaqə zamanı ağrı yalnız ilk mərhələdə bir balaca hiss edilə bilər.Lakin, bəziləri heç bir ağrı hissi keçirmir və maksimum rahat şəkildə hisslərini yaşayırlar.
Əslində isə bu proses zamanı xoşagəlməz hiss yaşanan zaman iki faktor rol oynaya bilir :
Real ağrı faktoru – bu ağrı əzələlər dartıldığı və qızlıq pərdəsinin yırtılması zamanı hiss edilən ağrıdır.Lakin, qorxmaq laım deyil, bu o qədər də qorxulu deyil.
Psixoloji faktor – bu zaman qadın qorxu, həyəcan və diskomfort hissi keçirərək özünü narahat hiss edir.Özünüzü belə gərginləşdirdiyinizzaman bədəninizdəki bütün əzələləriniz və eləcə də cinsiyyət əzələləriniz gərgin, dartılmış halda olur.Bu zaman da tərəf müqabiliniz sizinlə əlaqəyə girdiyi zaman normal halda hiss etdiyinizdən daha çox ağrı və narahatlıq hissi keçirirsiniz.Belə olan halda özünüzü rahat buraxmağa və yalnız sinədən deyil, qarından dərindən nəfəs almağa çalışın.