Seksual Istək və Həvəsi Necə Qaldırmaq Olar ?
Aile.fenomen.az saytı məlumat verir ki,
Seksual həyatımızı qaydaya salmaq üçün bizlərdən əksəriyyəti seks mağazalara gedərək, yeni poza və texnikanaları öyrənərək və ən nəhayət cinsi istək və enerjini artırmaq üçün dərman preparat və həbləri qəbul edərək çox pul xərcləyir.Əslində bunların çarəsi isə elə bizim özümüzdədir.
Hər birimiz bilirik ki, sağlam qidalanmalı və sağlam həyat tərzi keçirməliyik.Lakin, gəlin etiraf edək ki, buna çox zaman əməl etmək çətin olur.Yediklərimizin və keçirdiyimiz həyat tərzinin də seksual enerjiyə təsiri olduğunu bilmək isə bizlərdən əksəriyyətinə nəsib olmayıb.Təəssüf ki, bir çoxları bunu çox gec, artıq problemlər özünü göstərməyə başlayanda anlayır.
Ürəyə gedən yol mədədən gedir
Lap qədim dövrlərdən bu günə kimi bu deyim məşhurdur ki, sevgi, seks və qidalanma bir biri ilə qarşılılı əlaqədədirlər.Qida yolu ilə orqanizmə daxil olan maddələr ümumi vəziyyətə, emosiyalara və fiziki sağlamlığa təsir edir.
Aktiv yaxud passiv, həyat dolu yaxud bədbin olmağımız, bunların hər biri yediyimiz qida və rejimimizdən asılıdır.
Sevgini və seksuallığı təmin edən bütün kimyəvi proseslər əslində bizim özümüzdən asılıdır.
Seksual həyatımızı yalnız rəngləndirməyə deyil, eləcə də onun müddətini artırmağa kömək edən bir sıra qaydalar mövcuddur.
QAYDA 1
Təbii məhsullara üstünlük verin – qidanız sağlam, ekoloji təmiz və təbii olmalıdır.Qidanızda qəti şəkildə konservantlar, kimyəvi əlavələr olmamalıdır.Onu da yadda saxlayın ki, tərkibində kimyəvi birləşmələri çox olan qidalar qan tərkibini dəyişmə qabiliyyətinə malikdir.
QAYDA 2
Seksin "düşmənlərindən " uzaq durun – istifadə etdiyimiz bəzi şeylər var ki, onlar bilavasitə seksual həyat və enerjiyə təsir göstərir.Bunlara aiddir :
1. Qan təzyiqinə təsir edən dərmanlar, həblər və trankvilizatorlar.
2. Narkotik və tütün vasitələri.
3. Spirtli içkilər – kişi cinsi hormonu olan testesteronuməhv edir.
4. Şəkər tozu – orqanizmin enerji tərkibini yüksəlidr, lakin sonra isə bu səviyyə qəflətən aşağı enir.
QAYDA 3
Qida rasionunuza lazımi maddə və mikroelementləri daxil edin.
Kalsium – sekaual həvəs və istəyə böyük təsiri var.Həm qadın, həm kişilərdə potensiyanı yüksəldir.
Kalsium bütöv halda çiy südün, yoqurtun, pendirin, quru çərəzlərin, taxılın və göyərtinin tərkibində var.
Natrium – gənclik elementidir, sümük və əzlələrin elastik və gənc olması üçün şox təsirlidir.Orqanizmdə olan bütün maye dövriyyəsi, o cümlədən seksual sistemin də maye dövriyyəsi də natriumdan ibarətdir.
Xörək duzunu natrium mənbəyi hesab etmək olmaz, çünki o tamamilə cansız məhsul deyil.Bu faydalı element ən çox keçi südü, kərəviz cə dana bulyonunda var.
Dəmir – bu lazımi maddənin orqanizmdə çatışmaması nəticəsində xroniki yorğunluq, cinsi həvəssizlik kimi ciddi problemlərə yol açır.Dəmirlə zəngin olan qan – belə orqanizm enerji dolu və seksə daha həvəsli və istəkli olur.
Quş əti, balıq, yumurta sarısı, göyərti, badam, qara qarağat, gavalı, üzüm, ərik – bütün bu məhsullar dəmirlə zəngindir.