Seksual arzularınızı reallaşdırmaq üçün bunları edin
Hansısa kinoda gördüyünüz, söhbətlərdə eşitdiyiniz, ya da bir jurnalda oxuduğunuz, amma heç bir halda reallaşdıra bilmədiyiniz seksual arzularınız var? Onda bu məsləhətləri oxuyun və partnyorunuzu təəccübləndirmək, cinsi həyatınıza rəng qatmaq üçün bunları etməyə çalışın. İlk addımı siz atın Həyatımız onsuz da nəyisə gözləməklə keçir. Xoşlandığınız adamın gəlib sizə öz hisslərini etiraf etməsini gözləyirsiniz, yeməyə dəvət etsin istəyirsiniz, birinci öpüşə o cəhd etsin istəyirsiniz, seks istəyi ilk ondan gəlsin istəyirsiniz. Gözləmək əvəzinə bu gün ilk addımı siz atmağa cəhd edin. Ürəyinizdən sevişmək keçir? Dərhal hərəkətə keçin. Peşman olmayacaqsınız. Təklif edən adam olaraq heç nə itirməyəcəksiniz... Qeyri-adi bir yerdə sevişin Başqalarını narahat etmədiyi təqdirdə sekslə məşğul olmaq hər yerdə mümkündür. Yataq otağı klassikasından xilas olub fərqli məkanlara gedin. Ön sevişməyə dəyər verin Ön sevişmə seksin təməlində dayanır. Seks tələskənliyi sevmir, buna görə də öpüşməyə, bir-birinizə toxunmağa, masaj etməyə yetərincə vaxt ayırmaq lazımdır. Əgər ön sevişmə qısa olarsa, seksdən alacağınız zövqü də azaltmış olacaqsınız. Porno film izləməkdən qorxmayın Həyatın bütün sahələrində daim yeni bilgilər öyrənmək, dünya görüşümüzü artırmaq üçün kitab, jurnal oxuyur, film izləyirik. Bəs nıyə görə seks haqda daha çox şey öyrənmək üçün porno filmlərə baxmayaq? Təbii ki, orda gördüyünüz hər şeyi də tətbiq etməyin. Yastıqların gücünə inanın, onlar sadəcə başınızı qoymaq üçün deyil Yastıq qadının belinin altına qoyulanda cinsi orqanların təması daha rahat olduğu üçün qadının orqazm olması da rahatlaşır. Əlinizə hakim olun Təbii ki, proses zamanı əllərdən istifadə etmək həm vacibdir, həm də gözəl. Amma yaxşı olar ki, başqa orqanlarınızdan da istifadə edərək onun erogen zonalarına toxunasınız. (lent.az)