Darıxdırıcı cinsi həyatınızı canlandıracaq mütəxəssis məsləhətləri
Monotonlaşan seks həyatınız sizi darıxdırırsa, yataq otağınızı rəngarəng etmək vaxtı çatıb. Yataq otağınızı dəyişmək eşq və cinsi həyatınızda da təsirini göstərəcək, xoşbəxtlik və ehtiras kimi sizə geri dönəcək. Türkiyəli psixoloq Mehmet Başak cinsi həyatı canlandıracaq dekorasiya barədə fikirlərini paylaşıb. Aile.lentaz mütəxəssisin bu barədə məsləhətlərini təqdim edir.
Qırmızı, bənövşəyi, çəhrayı rənglər bütün dünyada cinsəlliyin rəngləri kimi qəbul edilir. Bu səbəbdən də cinsi həyatınızı canlandırmaq üçün ilk növbədə yataq otağınızda qırmızı rəngdən istifadə edin. Amma daha çox eşq və sevgi duyğularının hərəkətə keçməsini istəyirsinizsə, çəhrayı rəng tövsiyə edilir. Bunu söyləyərkən yataq otağınızın divarlarını qırmızıya boyamaq və ya çəhrayı yataq dəstləri, pərdələr nəzərdə tutulmur. Daha çox kiçik dekorativ ünsürlərlə bunu edə bilərsiniz. Məsələn, bir güldanın içində deyilən rənglərdən ibarət olan çiçəklər, çəhrayı və qırmızının tonları olan xalça, qapaqları qırmızı və ya çəhrayı rəngdə kitab və ya dolablar ola bilər.
Eşq və cinsi arzu üçün yasəmən çiçəyi
Şəxsi sahənizin necə iy verdiyi sizin gecə tək, yoxsa tərəf müqabilinizlə birlikdə yatacağınız mövzusunda böyük təsirə malikdir. İyləmə duyğusu çox güclü bir afrodizyakdır. Libido artırıcı qoxu olaraq yalnız gecələri açan yasəmən çiçəyinin qoxusunu təcrübədən keçirin. Şam və ya qoxulu yağlar da tövsiyə edilir. Bu, həm qadın, həm kişilərdə cinsi istəyi artırır. Cinsi arzuları hərəkətə gətirən yağlar, gül və portağal ətri ruh halını və enerjini artırır.
Yumşaq yataq dəstləri, ipək gecə geyimləri və rahat xalça və ya kilimlər, qısası, toxunmaqla həzz alacağınız şeylər bir yataq otağı üçün idealdır. Bundan başqa, yataq otağındakı hər şey "iki adama" görə düşünülməlidir. Yataqda birdən çox yastıq olmalıdır. Yatağın yanındakı lampalar, şamlar, stəkanlar və otaqdakı digər obyektlər də mütləq iki adama görə seçilməlidir.
Ailə fotoşəkillərini yataq otağınıza asmayın
Yataq otağında valideynlər, dostlar, uşaqların fotoları olmamalıdır. Çünki heç kim xüsusi anlarının başqası tərəfindən izlənilirmiş kimi olmasını istəməz. Bunun yerinə divarlarda mücərrəd cədvəllər və ya tanış olmayan insanların adi şəkilləri ola bilər.
Təbii ki, divarda televizor da olmamalıdır. Televizorun cinsi həyatda yeri yoxdur. Elmi araşdırmalarda yataq otağında televizor saxlamağın cütlüklərin cinsi fəaliyyətini aşağı saldığı deyilir.
İş və istirahət sahələrinizi bir-birindən ayırın
Binalarda yaşayan insanlar üçün işlədikləri və dincəldikləri məkanları bir-birindən ayırmaq çətindir. Belə vəziyyətlər üçün mütəxəssislər kompüter istifadə etdiyiniz sahəni pərdə və ya muncuqlu pərdələrlə məhdudlaşdırmağı təklif edir. İşinizlə əlaqədar nə varsa, hamısını otağın bir yerində saxlayın və işləmədiyiniz zamanlarda onlar gözünüzə görünməsin. Oxşar vəziyyət evdəki məşq alətləri üçün də etibarlıdır. İdman velosipedi, qaçış aparatı və bütün məşq alətləri gözünüz görməyən bir yerdə olsun.