Bəzən SEKSDƏN Sonra Kədər Hissinin Yaranmasının Səbəbi Nədir ?
Aile.fenomen.az saytı məlumat verir ki,
Kvinslend texnoloji universiteti postkoital disfoniya fenomenini tədqiq edib.Bu cinsi aktdan sonra əhval - ruhiyyənin aşağı düşməsi dövrüdür.O bir neçə dəqiqədən bir neçə saata kimi uzana bilər.Belə bir vəziyyət haqqında ilkin rəylər Qədim Rimə aiddir.Statistikaya nəzər salsaq görərik ki, postkoital disforiya daha çox kişilər üçün xarakterik olan bir haldır.
Teoriyaya inansaq, bu cinsi əlaqədən sonra orqanizmdə olan yorulma və hormonların dəyişməsi ilə əlaqəlidir.Bu narahatlığı həmçinin tərəf müqabilinin əhvalsız olması da yarada bilər ki, bu da qarşı tərəfə psixoloji təsir edə bilər.Normal şəraitdə seksdən sonra razılıq, psixoloji və fiziloji yüngülləşmə hissləri yaranmalıdır.Lakin, belə olan halda isə bunların tamamilə əksi baş verir.
Daha sonrakı zamanlarda aparılmış analizlər göstərib ki, disfoniya həm də seksin özü həzz verdiyi zaman da yarana bilər.Çoxşaxəli mövzu olduğundan alim və mütəxəssislər hələ də bu problem üzərində müntəzəm şəkildə sorğu və tədqiqatlar aparırlar.