Nigah Ürək Tutmasından Sonra Yaşamaq Şansını Artırır
Aile.fenomen.az maraqlı məlumatlar bölüşməyə davam edir.
İngilis alimlərini araşdırmalarına görə, subaylara nisbətən evli insanların 14 – 15 % ürək tutması xəstəliyindən daha az əziyyət çəkdiyi bildirilir.Gəlin, araşdıraq görək bunun səbəbi nədir?
Əziz xanımlar, indi kişilərin evlilikdən qaçmaq üçün heç bir şansları yoxdur.Statistikaya nəzər salsaq görərik ki, boşanmış insanlarda infarkt riski 7 % daha çoxdur.Bunun səbəbi isə yaşanılan yalnızlıq və stress hissidir.
Bu mözuda eksperimentlərdə iştirak edən şəxslərin orta yaş həddi 67 yaş olub.Ekspertlərin gəldiyi nəticəyə görə, nigahın sırf sağlamlıq üçün heç bir xeyri yoxdur.Lakin, fayda mental və fiziki dəstəkdədir.Reabilitasiya statistikasına nəzər salsaq görərik ki, evlilər subaylara nisbətən 2 gün daha tez xəstəxananı tərk edirlər.
Həm mənəvi, həm fiziki sağlamlıq üçün, xüsusilə də ürək tutması kimi xəstəliklərdən sonra stabil sevgi münasibətləri mütləqdir.
Ürək tutmasından sonra əgər mənəvi cəhətdən şəxs özünü və ətrafındakıları rahat hiss etməzsə, bunun ağır həm psixoloji, həm də fiziki nəticələri ola bilər.