Həqiqətən XOŞBƏXT Olan İnsanların 11 VƏRDİŞİ

loading...

Həqiqətən XOŞBƏXT Olan İnsanların 11 VƏRDİŞİ

 

 

 

Aile.fenomen.az saytı maraqlı məlumatlar bölüşməyə davam edir.

 

Adətən xoşbəxtlik dedikdə ağlımıza ilk olaraq bizə həzz və sevin verən şeylər gəlir.Bunlar kimliyindən asılı olaraq hər kəsdə fərqli şeylər ola bilər.Kimisində, oxuduğu kitab, kimisində baxdığı film, kimisində də tam fərqlo olaraq, dostları ilə keçirdiyi xoş bir gün.Bunlar bizi özümüzü xoşbəxt hiss etməyimizə kömək ola bilər, lakin, əlbəttə ki, müəyyən zaman daxilində.

 

Son araşdırmalara nəzər salsaq görərik ki, sübut olunub ki, əslində insanların xoşbəxt olma mexanizmi bir qədər fərqlidir.

 

Başqa sözlə daha konkret şəkildə desək, insanları xoşbəxtlik əldə etmə bacarıqlarına görə 3 səviyyəyə ayırmaq olar.

 

1.      Öz şəxsi maraqları uğruna yaşayan insanlar.Bu cür insanlar anın həzzini və sevincini yaşayan insanlar olurlar və bu cür insanları ekstremallar adlandırırlar.

 

 2.      Hər zaman qayğı içərisində yaşayan insanlar.Bu cür insanlar xoşbəxtliyi sevgidə, atalıq və analıqda görürlər.

 

 3.     Güclü tərəfləri uğrunda axtarışda olan insanlar.Bu cür insanlar hər zaman öz güclü tərəflərini axtarırlar ki, nə isə daha artıq bir şeyə nail ola bilsinlər.

 

Indi isə sizi xoşbəxt insanların vərdişləri və etdikləri 11 əsas şey ilə tanış edəcəyik :

 

Öz xoşbəxtliklərini özləri qururlar və heç kimdən asılı vəziyyətdə olmurlar.

 

Ətraflarına xüsusi diqqət yetirir və ətrafına yalnız doğri hesab etdiyi insanları yığır.

 

Yuxularını hər zaman tam alırlar.

 

Reallığı görməyi bacarır, reallıqla barışır və reallıqla yaşayırlar.

 

Özlərini necədirlərsə elə qəbul edir və sevirlər.

 

Əllərində olan hər bir şeyin qədrini bilir və hər zaman şükür edərlər.

 

İdmanla məşğul olur və görünüşlərinə hər zaman lazımi qədər diqqət yetirirlər.

 

Belə insanlar bağışlamağı bacarır, lakin ona edilənləri heç zaman unutmurlar.

 

Daxili hiss və duyğularını həqiqətən duya bilir və öz ürək səslərini dinləyə bilirlər.

 

Hər nə olur olsun heç zaman özlərini itirmir və hər vəziyyətə nəzarət etməyi bacarırlar.

 

Kitab oxuyar, inkişaf edər və biliklərini hər zaman hər yaşda zənginləşdirər.

loading...
Oxşar xəbərlər