Xroniki BƏXTSİZLİYİN 4 Səbəbi
Aile.fenomen.az saytı sizinlə maraqlı psixoloji xəbərləri bölüşməyə davam edir.
Elə insanlar var ki, həyatlarında daimi bətsizlikdən əziyyət çəkirlər.Onların həyatı sanki uğursuzluq, daimi kiçik mübarizə və döyüşlərdən ibarət olur.Belə halda isə əlbəttə ki, gülərüz, sakit və xoşbəxt olmaq olmaz.
Axı nə üçün belə hallar baş verir və bununla necə mübarizə aparmaq olar?Gəlin xroniki bəxtsizliyin 4 baş vermə səbəbini sizinlə də bölüşək.
<!-- [if !supportLists] --> 1. <!-- [endif] --> NEQATİV DÜŞÜNCƏ
Hər birimiz bilirik ki, fikir və düşüncələrimiz material xarakter daşıyır.Yəni, bu o deməkdir ki, bizim düşüncələrimiz enerjimizi və fəaliyyət aktivliyimizi yönəldir.Əgər siz müsbət düşünürsünüzsə, sizin enerjiniz qalibiyyət və yaxşı hadisələrə köklənir.Və əksinə, əgər mənfi düşünsəniz hər şeyin nəticəsi mənfi alınacaq.
Həyata öz baxış tərzinizi dəyişin, ancaq mənfilikləri görməyi tərgidin, həyatda müsbəti görməyə çalışsanız inanın ki, bu sizin həyatınıza ancaq xoş hadisələr gətirəcək.
<!-- [if !supportLists] --> 2. <!-- [endif] --> ŞƏXSİ MƏSULİYYƏTİ DƏRK EDƏ BİLMƏMƏK
Həyatı dərk olunmuş şəkildə yaşamaq – bu zəfərlərin açarıdır.Həyatdakı bütün məsuliyyətinizi dərk edə bilsəniz, siz özünüz öz həyatınızı reallığa uyğun olaraq formalaşdıra biləcəksiniz.
<!-- [if !supportLists] --> 3. <!-- [endif] --> YOX DEYƏ BİLMƏMƏK
Yəqin ki, indi bu maddəni oxuyan hər kəsin ağlına gələn sual bu olur ki, axı bunun xroniki bəxtsizliklə nə əlaqəsi ola bilər.İş ondadır ki, insan digərlərini razı salmaq hissi ilə yaşadıqda artıq onların quluna çevrilir.Ətrafdakılar artıq həmin insanı rahatlıqla yönəldə bilir.Nəticədə isə o öz problem və öhdəliklərini unudur və başqalarının həyatı üçün yaşamağa başlayır.Bu problemin həlli isə yalnız odur ki, insan özü özünü olduğu kimi qəbul etməlidir və özünə inamı olamlıdır.
<!-- [if !supportLists] --> 4. <!-- [endif] --> TƏNHALIQ
Hər birimiz bilirik ki, tək insan çox şeyə qadir ola bilmir.Hamımız arzulayırıq ki, həyatımızda dərdimizi və sirrimizi bölüşə biləcəyimiz insan olsun.Belə insan yanımızda olmadığı zaman isə həyat olduğundan da çətin görünür.Çalışın ki, həyatınızda hər zaman ünsiyyət edə biləcəyiniz, yanında özünüzü yaxşı hiss edə biləcəyiniz insanlar olsun.
Yadınızda saxlayın ki, həyatda bəxtiniz gətirmirsə, bu birdəfəlik yazılmış fərman deyil.Hər kəs bu mənfi halı ürəkdən istədiyi zaman öz xeyirinə dəyişə bilər.
Məhz elə bu dəqiqə həyatınızı dəyişməyə tələsin! Pis vərdişlərdən və mənfi düşüncələrdən uzaq durun.Həyatınızdakı irəliləməni anında hiss edəcəksiniz, əmin olun!