Qadın Bədənində Kişilərin Tanımadığı 5 EROQEN ZONA
Aile.fenomen.az saytı məlumat verir ki,
İntim münasibət zamanı partnyorlar bir - birinin ən məşhur bilinən eroqen zonalarında fikirlərini cəmləyirlər.Bu hissələr əsasən - boyun, sinə, dodaqlar, genital nahiyələrdir.Lakin, onu qeyd edək ki, eroqen zonalar bunlarla bitmir, bunlardan başqa, daha az məşhur ancaq daha həssas nahiyələr vardır.
AYAQLAR
Münasibət zamanı ayaqları unutmaq olmaz.Daban və ayaq barmaqlarında hiss olunan həssaslıq həmin şəxsə gözəl həzz hissi bəxş edə bilər.
Refleksoloqlar belə hesab edirlər ki, ayaqlarda elə xüsusi nahiyələr vardır ki, onlar seksual həyəcanı yarada bilir.Sakitləşdirici masaj edərək bu həssas nahiyələri tapa bilərsiniz.
QARIN
Bəzi qadınların qarın bölgəsi o qədər həssasdır ki, hətta onu sığallayaraq belə həmin qadını orqazm halına çatdıra bilərsiniz.Orqazm hissinə çatmasa belə, onu yadda saxlayın ki, qadınlar belə toxunuşlardan çox həyəcanlanırlar.
OMBA
Ombalarının oxşadıldığını hiss etmək qadınları həyəcanlandırır.Kimisi sərt, kimisi də incə nəvazişli toxunuşları sevir.
DİZLƏR VƏ DİRSƏKLƏR
Bu hissələri demək olar ki, insanların əksəriyyəti diqqətə almır.Diz və dirsək nahiyələri olduqca çox həssasdır.
BEYİN
Diqqətə alınmayan lakin olduca ən həssas olan bölgələrdən biri də beyindir.Bəylər diqqət etməlidir ki, qadınlara təsir etmək istəyərlərsə, bunu sadə romantik və sakit şam yeməyi planlaşdıraraq da həyata keçirə bilərlər.Çünki, münasibət zamanı qadınlar qarşısındakı şəxsdən səmimilik, mehribanlıq, həyəcan və sevgi gözləyirlər.