Büstqalterlər Sinə XƏRÇƏNGİNİ Yaradır
Aile.fenomen.az saytı məlumat verir ki,
Sıx olan büstqalter elə təəssürat yaradır ki, sanki həmin qadının sinəsi böyükdür.O həmçinin sinənin formasını da gözəl göstərir.Bəzi qadınlar bu vərdişə elə öyrəşiblər ki, hətta gecə də büstqalter ilə yatırlar.Lakin, Harvard universitetindən olan ekspertlər xəbərdarlıq edirlər ki, alt paltarından belə şəkildə istifadə sinə xərçənginə yola aça bilər.
Məsələ bundadır ki, büstqalter qan dövretməsini zəiflədir və limfatik düyünləri zədələyə bilir.Tədqiqatlardan sonra əldə olunan nəticələrə nəzər salsaq görərik ki, gün ərzində 12 saatdan çox sərt büstqalter taxan xanımların orqanizmində oksigenin miqdarının və faydalı maddələrin sayının azalmasının və bir sıra başqa mənfi halların yaranmasının şahidi olarıq.
Limfatik əzələlər çox nazik olduğundan istənilən mənfi hal və şərait zamanı o zədələnir.Məhz belə alt paltarları da onları icitmək üçün kifayət edir.Limfatik mayenin özünün isə orqanizmdə böyük rolu vardır.O, sinədə olan bütün toksinləri yuyur.Büstqalterlər isə öz növbələrində bu prosesi əngəlləyirlər qarşısını alırlar.Nəticədə isə, bütün bu ziyanlı toksinlər sinədə yığılır.Buradan da - xərçəng xəstəliyinin inkişafı gözləniləndir.