İnsanlar Nə Üçün CİNSİ ƏLAQƏDƏ Olurlar ?
Aile.fenomen.az saytı məlumat verir ki,
Cinsi əlaqədə olmanın səbəbi nədir ?Bu suala hər kəs fərqli cavab verə bilər.Yer üzərindəki insanların " bununla " məşğul olması üçün müxtəlif səbəbləri vardır.
Cinsi əlaqədə olmağa səbəb özgüvənsizlik hissinin olması ola bilər.Belə etdikdə isə bu cür insanlar özlərini sevilən, özlərinə güvənilən kimi hiss edirlər.Bəziləri isə seksdən yuxusuzluq yaxud da stress əleyhinə əlac kimi istifadə edir.Digərləri isə bu yolla hər hansı ağrılarından xilas olur yaxud da kiməsə sevgilərini, bağlılıqlarını ifadə etməyə çalışırlar.
Sonuncu maddəni çıxmaq şərti ilə belə demək olar ki, seksdən insanlar əlac, dərman kimi istifadə edirlər.Lakin, elə bu da tərəflər arasında problemlərə, hətta bəzən aqressiv hallara belə gətirib çıxarır.Belə insanlar dözülməz, digər tərəfə zorakılıq göstərən, onunla hesablaşmayan kəslər olurlar.Bu cür münasibətlər də təəssüf ki, tez bir zamanda sona yetir və tərəflər ayrılır.
Əlbəttə ki, cinsi əlaqə stressdən, yalnızlıqdan və narahatlıqlardan azad edir, rahatlıq verir.Lakin, unutmayın ki, sağlam seksuallıq və seksual həyat tərəflər arasında olan sevgi, inam və güvən əsasında qurulur.Əgər insanlar öz hisslərini olduğu kimi göstərir, bu hisslərə cavabdeh olur və mövcud problemləri digərlərinin üzərinə atmırsa, o zaman belə seks həqiqətən də həmin tərəflərə həzz, xoşbəxtlik və sadiqlik - sədaqət gətirəcək.