Mensturasiya Zamanı CİNSİ ƏLAQƏDƏ Olmaq OLARMI ?

loading...

Mensturasiya Zamanı CİNSİ ƏLAQƏDƏ Olmaq OLARMI ?

Bu Dövrdə Hamilə Qalmaq Mümkündürmü ?
Aile.fenomen.az saytı məlumat verir ki, Mensturasiya dövründə qadınların əksəriyyəti yəqin ki, ağrılar, ağrıkəsicilər və ağrılı gecə haqqında düşünürlər.Bu dövrdə cinsi əlaqə ? Yəqin ki, bu ağlınıza gələcək ən son fikirdir.Lakin, onu deyək ki, bu dövrdə birmənalı şəkildə seksdən imtina etmək düzgün deyil.Artıq keçmiş dövrlər deyil və belə xüsusi günlərdə cütlüklərin bir - birindən uzaq durmalı olması mifi də gündəmdə deyil.
Tibbi nöqteyi nəzərdən isə, belə bir dövrdə cinsi əlaqənin olmasında heç bir qadağa yoxdur, bu yalnız partnyorların öz şəxsi fikri və seçimidir.
Mensturasiya zamanı sekslə məşğul olmaq haqqında nələri bilmək lazımdır ?
Sizin bu dövrdə də hamilə qala bilmə ehtimalınız var.
Əksəriyyət insanlar belə düşünürlər ki, menstural dövrdə olmaq o deməkdir ki, bu dövrdə hamilə qalmaq mümkün deyil.Lakin, bu tamamilə yanlışdır.Açıqlaması isə belədir ki, spermatazoidlər qadın orqanizmində 5 günə qədər yaşaya bilirlər.Və məhz ovulyasiya da daha erkən, yəni bu 4 - 5 gün ərzində baş verərsə, hamiləlik baş verə bilər.
Qanaxmanın qarşısını bir neçə sadə üsulla almaq mümkündür
Belə bir dövrdə sekslə məşğul olarkən qanaxmanın olması sizi bu fikrinizdən yayındırırsa, qanı bir qədər azaltmaq üçün bir sıra yollar var.Mütəxəssislər bunun üçün tamponları məsləhət görürlər.Cinsi əlaqəyə qədər onlardan istifadə edin.
Başqa çıxış yolu kimi isə qadın qoruyucularından ( prezervativlərindən ) və vaginal çaşalardan istifadə etmək tövsiyə olunur.

loading...
Oxşar xəbərlər