Seksual kişinin səs tonu necə olmalıdır?

loading...

Seksual kişinin səs tonu necə olmalıdır?

Xarizmatik bir kişinin səs tonu necə olmalıdır? Bir kişinin səs tonu nə qədər əhəmiyyətlidir?

Üz-üzə ünsiyyətdə güvən təmin edən ilk şey jest və mimikalarımızdır, daha sonra isə səs tonu. Danışdığımızın nə olduğu isə digər iki variant arasında ən əhəmiyyətsiz olanıdır.

Bütün bu məlumatlar elmi olaraq da sübut edilib. 1967-ci ildə Dr. Albert Mehrabian üz-üzə ünsiyyət mövzusunda "Əsassız ünsiyyətin şifrələrinin həll edilməsi” başlığı altında bir iş yayımlayıb.  Bu işin nəticəsinə görə bir ünsiyyətin keyfiyyətini % 55 bədən dili (jest və mimikalar), % 38 -ini izah etmək istədiyimiz şeyi necə söylədiyimiz (yəni səs tonu), % 7ini isə söylədiyimiz, ağzımızdan çıxan sözlərin nə olduğu müəyyən  edir.

Bir kişi doğru və cazibədar səs tonuna necə sahib olmalıdır?

Əvvəlcə diafraqma nəfəsiylə danışmağı öyrənməlisiniz. Normal həyatımızda biz insanlar körpəlikdən dərhal sonra diafraqmadan nəfəs almağı buraxıb sinə nəfəsini istifadə etməyə başlayırıq. Diafraqmadan nəfəs alıb danışdığınızda səs tonunuz qarşı tərəfə daha təsirli şəkildə çatacaq. Diafraqmadan nəfəs aldıqda sinəniz deyil, qarnınız şişər. Ayrıca bu şəkildə doğru nəfəs almağı da öyrənmiş olarsınız. Diafraqma məşqləri üçün internetdə kiçik araşdırma edin.

Sürətli danışan və nə dediyi aydın olmayan insanlar bizə həmişə etibarsızlığı xatırladıb. Bəli! Sürətli bir ritmlə danışmaq yeni tanışınız birini narahat edər və əgər bu çox danışmaqla birləşərsə qarşı tərəfə çarəsiz görünərsiniz. Bu səbəblə rahat-rahat danışmağa və danışarkən həyəcanlı görünməməyə çalışın.

Bir qadının səs tonunuzla ruhuna girə bilmək və güvənini qazana bilmək üçün səsinizin tonunu və ritmini ona görə seçin və qarşınızdakına onunla eyni tonda və səviyyədə cavablar verin. Məsələn: qadın qışqıraraq "Anlamıram bunu mənə necə edə bilər?!” deyirsə, buna qarşılıq si zdə eyni tonla ona qoşula "Sənə bunu necə etdi? Sən buna layiq olacaq neyləmişdin?!” deyə bilərsiniz.

Danışıq zamanı kiçik səs effektləri edin. Məsələn: izah edəcəyiniz hekayənin əsas hissəsini ona doğru əyilib batıq səslə söyləyin. Çox danışan deyil, çox yaxşı danışdıran kişilərin seçim edildiyini də unutmayıb yaxşı bir dinləyici olun. Qadının izah etdiklərini dinləyərkən ona həll tapmağa çalışmayıb "aaa doğrudan?!” , "başqa?” tipli sözlər deyərək onu danışmağa daha da təşviq edin. (kishi.az)

 


 

loading...
Oxşar xəbərlər