Cinsi istəyi artıran qidalar - SİYAHI
Bir çox cütlüklər uzun müddət davam edən cinsi həyat arzulayır. Hətta bunun üçün müxtəlif yollara əl atırlar. Mütəxəssislər isə seks həyatınızın uzun müddət davam etməsi üçün bəzi qidaları yeməyi məsləhət görür. Həmin qidaların siyahısını təqdim edirik. Şokolad: Bir araşdırma nəticəsində sübut edilib ki, gündə bir parça şokolad yemək cinsi istəyi artırır. Uzun illərdir ki, şokoladın afrodizyak təsirə malik olması bəllidir. Bundan başqa, şokolad xoşbəxtlik hissi verir və beyindəki kimyəvi hormonların ifraz olunmasına da kömək edir. Qarpız: ABŞ-da aparılan araşdırmaya görə, qarpızın 6 dilimində belə kifayət qədər olan amin turşusu qan damarlarını genişləndirir. Qarpız bu xüsusiyyəti ilə yanaşı, cinsi istəyi də artırır. Kərəviz: Tərkibində kişilərin tərində olan androstenon maddəsi var. Bu maddə cinsi cazibə hormonu olan feromon funksiyasını yerinə yetirir və cinsi xəbərdarlığı artırır. Çovdar çörəyi: Testosteron ifrazında əhəmiyyətli olan sink mineralının bədəndə mühafizə edilməsinə kömək olur. Mütəxəssislər gündə 3 dilim çovdar çörəyi yeməyi məsləhət görür. Gül kələm: Tərkibindəki kimyəvi birləşmələr qadınlıq hormonu olan estrogenin səviyyəsini azaldır. Mütəxəssislər çiçəklərini ayıraraq gündə bir dənə kələm yeyilməsini tövsiyə edir. Kahı: Yalnız bir boşqab kahı belə gündəlik A vitamini ehtiyacının 82 faizini qarşılayır. Araşdırmalar kahının A vitamini çatışmazlığının aradan qaldırdığını sübut edib. Tam taxıllı makaron: Manqan çatışmazlığı cinsi impulsun azalmasına və yorğunluğa səbəb olur. Mütəxəssislər gündə 140 qram tam taxıllı makaron yeməyi məsləhət görür. Qırmızı bibər: Uzun və davamlı ereksiya, güclü boşalma və qüvvətli bir orqazm təmin edir. Qırmızı bibər qan dövranına da kömək olur. Kartof: Araşdırmalar sübut edib ki, cinsi istəyi artıran hormonların yaranmasının qarşısını alan civə kimi maddələrin verə biləcəyi zərəri məhv edir. Gündə bir ədəd yeyilməsi məsləhətdir. Bununla yanaşı, bir çox xəstəliyə da yaxşı təsir edir. Kiçik soğanlar: Kaliumla zəngin olan kiçik soğanlar cinsi istəyi artırır. Bununla yanaşı, erkən boşalmanın qarşısını alır.