Bu xəstəlik cinsi həyatı məhv edir
Nə zaman, harada və nə qədər ağrılı gələcəyi bilinməyən, xroniki və müqavimətli bir xəstəlik olan miqren milyonlarla insanın cinsi həyatına da mənfi təsir edir. Türkiyəli həkim-mütəxəssis Tayfun Türkaslanın miqren haqqında açıqladığı faktları təqdim edirik. Həkim bildirir ki, həyatın hər sahəsinə zərbə vuran, şiddətli ağrıların müşayiət etdiyi miqren xəstəliyi yataq otaqlarına da təsir edir. Almaniyada aparılan araşdırmalardan biri sübut edib ki, miqren tutmaları zamanı cinsi əlaqəyə girən xəstələrin bir qismində miqren azalır, digər qismində isə bu nəticə özünü göstərməyib. Lakin şiddətli miqren təsirinin yaratdığı travmatik vəziyyət hər an hücumda olan xəstə tipi yaradır. Bu cür xəstələr arzuedilməyən sürprizlərlə qarşılaşmamaq üçün cinsi həyatlarını istədikləri kimi yaşamırlar. Onların cinsi həyatları daim narahatlıqlarla keçir. Bir sözlə, miqren özü ilə bərabər qüsurlu bir cinsi həyat da gətirir: "Digər bir tərəfdən, dərman müalicəsi ilə miqrenin öhdəsindən gəlməyə çalışan bir çox xəstə xoşbəxt cinsi münasibət üçün qabaqlayıcı dərmanlar qəbul edir. Dərman müalicəsi xüsusən də antidepressiya dərmanlarını əhatə edir. Antidepressiya dərmanlarının ən vacib əks təsiri isə cinsi arzuları məhv etməsidir. Nəticə olaraq, dərman müalicəsi zamanı miqren psixologiyasının cinsi həyat üzərindəki dağıdıcı təsiri ilə mübarizəyə girə bilməyən istəksizlik yaranır. Xəstəlik və dərman müalicəsi səbəbindən xəstələr cinsi həyatlarını təxirə salırlar. Bu isə travmatik mənzərə yaradır”. Daha çox qadınlar əziyyət çəkir Miqrenin yaratdığı və cinsi həyata vurduğu mənfi təsirlərdən daha çox qadın xəstələri əziyyət çəkir. Çünki miqren qadınlıq hormonu səviyyəsindəki dalğalanmaların təsiri səbəbindən qadınlarda kişilərdən 3 dəfə daha çox müşahidə edilir. Həkim şiddətli miqren ağrılarından can qurtarmağın mümkün olduğunu da əlavə edir. Son bir neçə ildir tətbiq edilən miqren əməliyyatı sayəsində illərdir dözülən ağrılardan yaxa qurtarmaq və bunun sayəsində əldə edilən rahatlıq hissi 90 faiz özünü sübut edib: "Bu xəstəlik əsasən alın, ənsə və gicgah bölgəsində ağrı hücumları formasında yaşanır. Bu xəstəliyə son qoyan miqren əməliyyatı ağrı bölgələrinin çoxluğuna görə 1-4 saat arası çəkir. Bir aydan sonra isə xəstə sağlam olaraq həyatına davam edir”.