Hamilə qalmaq istəyən qadınlar, bu pozanı seçsin

loading...

Hamilə qalmaq istəyirsinizsə, bu pozanı seçin - QADINLAR, DİQQƏT

Hamilə qalmaq üçün necə, nə cür və nə zaman sekslə məşğul olmağın cavablarını Türkiyəli mütəxəssislərin araşdırmalarına əsasən cavab verəcəyik.

 

 

Hamilə qalmaq üçün nə vaxt sekslə məşğul olmaq lazımdır?

 

Ovulyasiyadan əvvəl 5 gün içərisində qorunmadan sekslə məşğul olsanız, hamilə qalma ehtimalınız çox yüksəkdir. Menstrual dövrün birinci günü aybaşının ilk günüdür. Bir çox qadınlar sonrakı dövrə daxil olmadan 14 gün əvvəl ovulyasiya yaşayır. Yəni menstrual dövrünüzün 24-30 gün arasında davam etdiyini düşünsək, 10-16-cı günlər arasında ovulyasiya ola bilər.

 

Yumurta yumurtalıqlardan buraxıldığında sperma ilə birləşə bilir və bu müddət 12-24 saat arasında dəyişir. Spermaların bir neçə gün canlı qaldığını düşünsək, ovulyasiyadan bir az əvvəl sekslə məşğul olmaq hamilə qalmağınıza şərait yarada bilər.  

 

Hamilə qalmaq üçün tez-tez sekslə məşğul olmaq lazımdırmı?

 

Məntiqlə düşünsək, sekslə nə qədər çox məşğul olsanız, o qədər yaxşıdır deyə bilərsiniz. Lakin hamilə qalmaq üçün sekslə çox məşğul olmaq təsirli deyil. Tez boşalmaq sperma keyfiyyətini aşağı sala bilər. Digər tərəfdən, həftədə bir dəfə seks də sperma keyfiyyətinə mənfi təsir edir. Çünki çölə atılmayan spermalar yaşlanır və yumurtanı dölləmək üçün təsirli bir formada hərəkət etməyə bilər. Mütəxəssislər gündə bir dəfədən çox olmayan seksin hamilə qalmaq üçün daha təsirli olduğunu deyirlər.

 

Hamiləlik şansı hansı pozada daha çoxdur?

 

Kitablardan oxuduğunuz və ya filmlərinə baxdığınız Kama Sutra pozalarını bir qırağa qoyun. Klassik pozalar hamilə qalmaq üçün ən uyğun olanıdır. Hamilə qalma şansının ən yüksək olduğu poza misyoner (kişinin üstdə olduğu) pozasıdır. Bu zaman çox yaxşı üzmək qabiliyyəti olan spermalar qadın bədənində sürətlə hərəkət edir. Misyoner pozada münasibət zamanı və sonrakı 1 saat ərzində belin altına yastıq qoyaraq uzanmaq spermaların daha rahat və uzun müddət vaginada qalmasını təmin edir. Mütəxəssislər boşaldıqdan sonra 20 dəqiqə yataqda qalmağı və dizləri qaldıraraq uzanmağın da hamilə qalma şansını artırdığını bildirirlər. 


loading...
Oxşar xəbərlər