Coreqazm nədir?
Coreqazm – ingiliscədən tərcümədə "core” - mərkəz-qarın-gövdə mənasını verir. Orqazm sözünə birləşərək coreqazm adlandırılıan bu söz son illər tez-tez işlənir. Yeni işlədilən sözlə bağlı türk mütəxəssislərinin fikrilərini təqdim edirik. Məşq edən zaman orqazm olmaq mümkündürmü? Xarici ölkələrdə coreqazm adı ilə tətbiq edilən bu vasitə orqazm məşqləri mənasını verir və "orqazm həddinə çatdıran” deməkdir. Qarın əzələlərini gücləndirməyə xidmət edən bu "dəlisov” idman hərəkətləri qadınların seks həyatını da rəngləndirir. Bəzi məşq növləri həm orqazmı gücləndirir, həm də nadir hallarda da olsa, idman edərkən qadınların orqazm olmasına şərait yaradır. 2011-ci ildə bu mövzu ilə bağlı 530 qadın arasında araşdırma aparılıb. Araşdırmaya qatılan qadınların 45 faizi qarın əzələsi məşqləri, 20 faizi yoqa, 16,5 faizi ağırlıq qaldırma məşqləri, 12, 8 faizi qaçışın orqazma kömək olduğunu bildirib. 5,7 faiz isə iti addımlarla yeriməyin belə orqazma kömək olduğunu deyib. Adları çəkilən məşqlər arasında ən asanı və zəhmət tələb etməyəni təbii ki, piyada yeriməkdir. Məşq orqazm həddinə necə çatır? Edilən məşqlər sinir sistemimizi hərəkətə gətirir. Həssas bir sinir sisteminə sahib olan qadınların ürək döyüntüləri sürətlənir, qan təzyiqi yüksəlir və qan damarları daralır. Qüvvətli orqazm üçün qadınlar ipə və dirəyə dırmaşmaq məşqini edə bilərlər. Bu məşq zamanı qarın hissə çox güclü işləyir. Ağırlıq qaldırma məşqləri əslində düzgün və sizə uyğun ağırlıqla işlədiyi üçün bədəninizdəki qatları hərəkətə gətirir, sizə daha "kişiyana” və seksual görkəm verir. Velosipedə minmək daxil olmaqla qarın əzələsini işlədən bütün məşqlər sizin orqazm olmağınıza kömək edə bilər.