loading...
loading...

Doğuşdan sonra həyat yoldaşı ilə yaranan cinsi soyuqluq

loading...

Doğuşdan sonra həyat yoldaşı ilə yaranan cinsi soyuqluq

 

Mövzu cinsi münasibətlər olduqda utanma hissi güc gəldiyi üçün çox sual verilmir. Utanılan cinsi problemlərə dair sualları və cavablarını təqdim edirik.

 

 

Doğuşdan sonra seks əvvəlki kimi ola bilərmi?

 

Doğuşdan sonra çoxlarını maraqlandıran mövzulardan biri də seksdir. Qadınlar tikiş izləri və s. kimi səbəblərdən özünü gözəl hiss etmədikləri üçün həyat yoldaşları ilə aralarında cinsi soyuqluq yaşanacağından qorxurlar. Fiziki olaraq seks doğuşdan sonra əvvəlki kimi davam edir. Ancaq cinsi problemləri önə çəkən məqam əsasən psixoloji problemlərdir. Həyat yoldaşını artıq bir ana kimi görən və bu səbəbdən uzaq duran kişilər ucbatından bu cür cinsi soyuqluq yaşanır. Bu vəziyyətdə hər iki tərəf oturub məsələni detalları ilə müzakirə etməlidirlər.

 

 

Seks zamanı başqasını düşünmək

 

Flört etmək instinktlə hərəkət edən hər insanın başına gələ bilər. Bəzən çox incə davranışlar iki nəfər arasında flörtə gətirib çıxarır. Mütəxəssislər bunda heç bir problem görmürlər. Lakin əgər məsələ həyat yoldaşınızla sekslə məşğul olan zaman başqasını düşünməyə qədər gəlib çıxırsa, bu zaman durun və nəfəs alın. "Əgər həyat yoldaşım eyni vəziyyətə düşsə, mən özümü necə hiss edərdim?” – sualına cavab verin. Cavabınız mənfidirsə, demək, bu, aksiomadır. Elə ona görə də flört etdiyiniz insanla aranızda məsafə qoymalısınız.

 

 

Seks adi bir hala çevrilib?

 

Vərdiş etmək bütün mövzularda olduğu kimi cinsiyyət və seksdə də həyəcanı azaldır. Seksin artıq həyatınızda adiləşdiyini düşündüyünüz zaman siz, ya da həyat yoldaşınız ipləri əlinizə almalısınız və dəyişikliklər etməlisiniz. Mütəmadi olaraq eyni pozisiyada və eyni yerdə cinsi münasibət qurmaq əvəzinə fərqli məkanlar və fərqli üsullar seçmək barədə düşünün.

 

 

Cinsi cazibə nə qədər əhəmiyyətlidir?

 

Cinsi cazibə bəziləri üçün vacibdir. Bir çox cütlüklər isə aralarında cinsi cazibə olmadan da münasibətlərini davam etdirə bilirlər. Əslində burada təyinedici məqam cinsəlliyə verilən önəmdir. Qarşınızdakına gələcək ana (ata) kimi baxdığınız üçün cinsi cazibəni ikinci plana ata bilərsiniz. Münasibətlərinizdə cinsi cazibə olub-olmadığını öpüşən zaman anlaya bilərsiniz. Əgər öpüşən zaman ehtiraslısınızsa, demək, aranızda bir cazibə qüvvəsi var.

 

 

loading...
Oxşar xəbərlər