Yuxuda sekslə məşğul olub boşalma - Psixoloq fikirləri

loading...

Yuxuda sekslə məşğul olub boşalma - Psixoloq fikirləri

Yuxu uşaqlıqdan yaddaşımıza ilişib qalan, kökündə cinsəllik və təcavüzkarlıq kimi impulsları ehtiva edir. Şüuraltında gizlənən düşüncə, hiss, qorxu, qayğı və arzuların inikasıdır. Bəzən yuxular adamın özünə belə etiraf etmədiyi arzuları saxlayır. Bundan başqa, oyaq olduğumuz zaman beynimizi qurdalayan qayğı və düşüncələri ehtiva edən zehni fəaliyyət nəticəsi də ola bilər. Türkiyəli psixoloq Cem Keçə yuxuların simvolik mənalar daşıdığını deyir.Cinsi mövzulu yuxularla bağlı mütəxəssisin fikirlərini təqdim edirik.

 

C. Keçe yuxuların gizli mənalı və real məzmunlu olmaqla iki yerə ayrıldığını deyir. Gizli mənalı yuxular şüur xarici və alt beyin yuxularıdır və simvolik mənalar daşıyır. Narahat olduğumuz məsələlər simvollarla ifadə edilir: "İki yaşından sonra uşaqların bacı-qardaşları, ana və ataları ilə eyni yataqda yatmamaları lazımdır. Vaginizmdən erkən boşalmaya qədər cinsi müalicədə etdiyimiz psixoloji şərhləri bu yuxular üzərindən edirik. Məsələn, penis yuxularda ilan, uzun bir ağac və ya iti uclu qələm şəklində simvollaşdırıla bilər. Görünən məzmunlu yuxular isə gündəlik həyatda eşitdiyimiz, yaşadığımız hadisələrlə əlaqəli olaraq gördüyümüz üstbeyin yuxularıdır. Müdirinə əsəbləşən bir işçinin yuxusunda müdirini döyərkən görməsi buna nümunə ola bilər”.

 

Psixoloq bildirir ki, cinsi məzmunlu yuxular cinsi istəklərin uzun müddət qarşılanmamasından qaynaqlana bilər. Cinsi məzmunlu yuxular cəmiyyətdə yaxşı qarşılanmır və çətinliklər, dedi-qodulara işarə kimi yozulur: "Buna REM yuxusu deyilir. Yuxuların görüldüyü zaman təsirli molekullar arasında asetilkolin, dopamin, dimetiltriptamin və ya seks hormonları olaraq bilinən estrogen və testosteron var. Seks hormonlarının səviyyələri FSH və LH adlı molekullar tərəfindən nəzarət edilir. LH hormonu kişilərdə testosteron sintezini artırır. Yuxuların cinsi məzmunu və kişilərdə görülən cinsi orqan sərtləşməsi bu mexanizmlə meydana gəlir. Cinsi məzmunlu yuxular, ümumiyyətlə, cinsi istəklərin uzun müddət qarşılanmaması ilə bağlı görülə bilər”.

 

Yuxuda boşalma nədir?

 

Gənc oğlanlarda, yeniyetmələrdə qeyri-iradi, insanın özündən asılı olmadan yuxuda boşalma vəziyyətlərinə tez-tez rast gəlinir. Çünki yetkinlik dövründə hormonların təsiriylə və cinsi fantaziyaların qurulmasıyla sperma çox yığılır və sperma kanalda gərginlik yaranır. Bu da penisi sərtləşdirir və spermanın boşaldılmasını tələb edir: "Bu cür boşalmalar zamanı bəzən yuxu da görülür və gənc oğlan oyananda yuxunu xatırlamaya bilər. Bu gənclərdə özündən nifrət etmə, yuxusuzluq, sinir böhranları, günahkarlıq duyğusu və ya narahatlıq yarana bilər. Əgər yuxunuzda cinsi əlaqəyə girdiyiniz adam sevgiliniz və ya həyat yoldaşınızdırsa, xəyallarınıza qovuşacağınıza əmin olun. Amma  tanımadığınız bir adamla cinsi münasibət yaşayırsınızsa, bu vəziyyət etibarınızın sarsılacağına işarədir”.

 

loading...
Oxşar xəbərlər