Münasibətlərinizə rəng qatmağın bir neçə yolları
Münasibətlərinizə rəng qatmaq istəyirsinizsə ön sevişməni uzatmaq ən gözəl yoldur. Ön sevişməni uzatmaq cütlüklərin bir-birini daha çox arzulamasını təmin edir, eyni zamanda onların cinsi həyatlarını da qüvvətləndirir. Ön sevişmə üçün bir neçə yol təklif edirik. 1. Birlikdə duş qəbul edin İsti suyun altında birlikdə dayanmaq, eyni zamanda günün stress və gərginliyini üstünüzdən atmaq gözəl bir fikirdir. Vanna otağına qoyacağınız bir neçə şam ilə əhvalınızı dəyişərək bir az daha romantik ola bilərsiniz. 2. Seksual alt paltarları geyinin Adi geyimlərin altında olsa belə, seksual alt paltarları sizə özünüzü çox yaxşı hiss etdirəcək. O həyəcanlı anları gözləyirsinizsə bu geyimlər daha çox sizə lazımdır. Alt paltarları seçimində krujevalı olanlara üstünlük verin. 3. Oyun oynayın Tamamilə sizin əhvalınıza bağlıdır. Asta-asta yaxınlaşarkən öpmək və bir-birinizi soyundurmaq ön sevişmə üçün ən yaxşı addımlardır. Həm də çılğın və ehtiraslı sevişməyə tələsmədən başlayacaqsınız. 4. Gözlərinizi bağlayın Bunu ola biləcək bir qəzanın qarşısını almaq üçün eyni anda etmək məsləhət deyil. Amma gözləri bağlamaq, digər duyğulara kökləməyinizi təmin edəcəyi üçün ön sevişməni daha canlı edəcək. (lent.az)