Ana südünü artıran vasitə: sarıkök - RESEPTLƏR
Sarıkök xalq arasında artıq 2500 ildir ki, məlumdur. Bu bitki dünyanın ən əlçatan və faydalı ədviyyatlarından biridir.
Ana südünü artıran sarıköklü reseptlər təqdim edirik.
Resept 1. İstifadə qaydası: 0,5 çay qaşığı sarıkökü 0,5 qaynar suda dəmləyin, bir çay qaşığı bal töküb ağzını bağlayın. 5 dəqiqə gözləyin. Dəmləməni gündə 2 dəfə içə bilərsiniz.
Resept 2. Sarıkök gecə qaynar süd, yağ və balla içilir. Bu, süd axınını yaxşılaşdırır və sinir sistemini sakitləşdirir. Südə allergiyası olanlar südün əvəzinə qaynar su istifadə edə bilərlər.
Sarıkök çəkini əhəmiyyətli dərəcədə aşağı salır. Həmçinin yağlı və şirin qidalara qarşı istəyi azaldır! Odur ki, bədənin korreksiyası üçün nəzərdə tutulmuş preparatların tərkibində adətən sarıkök cövhərinə rast gəlmək olar.
Resept: 0,5 qəhvə qaşığı sarıkök + 0,5 çay qaşığı zəncəfili 1 stəkan qaynar suda dəmləyin, içinə bir qaşıq bal töküb ağzını bağlayın. 5-10 dəqiqə gözləyin. Gündə 2 dəfə, səhər və günorta maksimum saat 2-yə qədər istifadə edin. Zəncəfil körpənin gecə yuxusunu poza bilər, odur ki, onu günün birinci yarısı qəbul etmək lazımdır.
Xəbərdarlıq:
2 yaşına qədər uşaqlara verilməməlidir.
Zərdəçal qanın laxtalanmasına təsir etdiyi üçün, planlaşdırılan cərrahiyyə əməliyyatından 2 həftə əvvəl onun qəbulunu dayandırmaq lazımdır.
Qəbul dozaları: gündə 3 dəfə 400-600 mq sarıkök tozu. Allergik reaksiyaların baş verməməsi üçün istifadəyə kiçik dozalardan başlayın, məsələn, çay qaşığının 1/4 qədər. Ən əsası, lazımi həddi aşmayın! (vib.az)