Ata-ana laqeydliyi gələcəkdə infarkt yaradır

loading...

Ata-ana laqeydliyi gələcəkdə infarkt yaradır

Uşaq vaxtı diqqətdən kənarda qalan uşaqların gələcəkdə infakrt keçirmə riski böyükdür. 

 

ABŞ alimlərinin 286 nəfər üzərində apardığı araşdırma sübut edir ki, bu cür uşaqlıq keçirmiş şəxslər digərləri ilə müqayisədə 3 dəfə artıq infarkt riskinə sahibdir. Nəticələr şəkər xəstəliyi, idman, siqaret vərdişi, ürək və digər narahatçılıq faktorları da nəzərə alınmaqla hazırlanıb. Maraqlıdır ki, daha öncə aparılan bəzi araşdırmalar uşaqlığa qarşı laqeydliyin gələcəkdə ruh xəstəliklərinə səbəb olduğunu üzə çıxarmışdı. 

 

Bundan başqa, daha çox hər ikisi işləyən valideynlərin uşaqlarında bu kimi hallar üzə çıxır. Alimlər müəyyənləşdirib ki, bu uşaqlar ata-anasından qayğı gözlədiyi halda, bu istəklərinə adekvat cavab ala bilmirlər. (musavat.com)


 

loading...
Oxşar xəbərlər