Uşaqların üzgüçülüyə başlamasının ideal yaş həddi
Üzgüçülüyün bütün bədənə, bəzi xəstəliklərlə müalicədə nə qədər faydalı olduğu çoxlarına məlumdur. Son zamanlar uşaqlar arasında da üzgüçülüyə maraq xeyli artıb. Bəs uşaqların üzgüçülüyə başlamasının ideal yaş həddi neçədir? Bununla bağlı valideynlərə bəzi məsləhətlər veririk.
Mütəxəssislər bədən inkişafına və duruşuna birbaşa təsir edən üzgüçülüyə başlamağın ideal yaş həddinin 4 olduğunu deyirlər. Ümumiyyətlə, üzmək uşaqların çox sevdiyi və erkən yaşda başlaya biləcəkləri idman növlərindən biridir.
Bədən müqavimətini 70% artırır
İdeal başlama yaşı 4
Məşqçinin rolu böyükdür
Üzgüçülüyün önəmli faktorlarından biri də məşqçidir. Uşaqları çox sevən səbrli və yaradıcı məşqçilər üzməyi balacalara daha tez sevdirər, onların daha istəkli şəkildə idmanla məşğul olmasına səbəb olarlar. Təbii ki, bu durum hər idman növü üçün keçərlidir. Hər uşaq oyunla öyrənir. Yaradıcı olmaq, dünyanı uşaqların gözü ilə görə bilmək, onlarla dost olmaq daha əyləncəli mühit yaradar. (lent.az)