Körpələrin yemək üçün oyanmadan 8 saat yatması metodikası

loading...

Körpələrin yemək üçün oyanmadan 8 saat yatması metodikası

Anaların çoxu körpələrinin səhərəcən rahat, sakit yatmasını arzulayırlar. Lakin təəssüf ki, bu, çox vaxt elə arzu olaraq da qalır.

Nyu York pediatrları körpələrin yemək üçün oyanmadan 8 saat yatmasının metodikasını kəşf ediblər.

Metodika uşağın acmaq hissini tədricən yeni cədvələ uyğunlaşdırmaqdan ibarətdir.

Uşaq yatmazdan əvvəl böyüməsi və inkişafı üçün lazımi qədər qida qəbul edirsə, gecənin bir aləmi yemək üçün oyanmayacaq. Qida qəbulu arasındakı interval dörd saatdan azdırsa, mütəxəssislərin fikrinə görə, uşağı yeni cədvələ öyrəşdirmək üçün hər gün bu müddəti 15 dəqiqə uzatmaq lazımdır. Əgər uşaq oyanıb yemək "tələb edirsə", imkan daxilində vaxtı bir qədər uzatmaq lazımdır. Hesab edilir ki, uşaq oyanan kimi dərhal yemək verməyə gərək yoxdur. Tez-tez qidalanma nəticəsində uşağın mədəsi yuxu və qida qəbulunun yanlış qrafikinə vərdiş edəcək.

Avropa pediatrları öz üsullarından artıq 20 ildir ki, istifadə edirlər və o, 90% müsbət nəticə verir. Cəmi iki həftə ərzində uşağı gecələr 7-8 saat qida qəbul etmədən yatmağa öyrəşdirmək olar. Belə "məşq" sayəsində uşağın beyni, mədənin yalnız düzgün siqnallarına qulaq asmağa başlayır və gündüzlər 4 saatdan bir, gecələr isə 7-8 saatdan sonra verilən siqnalları generasiya edir.  Qidalanma rejimini məhz südəmər vaxtından tənzimləmək lazımdır. Belə ki, bu vərdiş insanı bütün ömrü boyu təqib edəcək. (atv.az)


 

loading...
Oxşar xəbərlər