loading...
loading...

Əgər sizin də evinizdə bu çiçək varsa, diqqətli olun! - Zəhərlənə bilərsiniz

loading...

Bu bitkiyə toxunmaq və iyləmək olmaz! - Zəhərlənə bilərsiniz

Uşaqlığınızdan bəri evlərdə görməyə vərdiş etdiyimiz bu bitki əslində təhlükəlidir. Əgər sizin də evinizdə bu çiçək varsa, diqqətli olun. Söhbət xalq arasında "ağlayan çiçək” kimi tanınan "Difenbahya”dan gedir. Türkiyəli uşaq həkimi Ümid Sarıcısı bu ev bitkisinin xüsusən uşaq böyüyən evlər üçün təhlükəli olduğunu bildirib. Mütəxəssisin bu çiçəyin təhlükələri haqqında fikirləri ilə sizi də tanış edirik. Həkim və qrupu tərəfindən aparılan araşdırmalara görə, difenbahyaya əllə toxunmaq və iyləmək belə, uşaqlara zərər verir.

 

Difenbahyanın səbəb olduğu zəhərlənmə hallarında gülün yarpaqlarının əllə ovulması, qoparılması və tapdalanması nəticəsində əl, dil və dodaqlarda şişmə, yanma, ağrı meydana gələ bilər. Eyni zamanda, nəfəs yolu tıxanıqlığı, tənəffüs çatışmazlığı kimi ciddi problemlər də ortaya çıxır: "Buna görə də valideynlər uşaqlarına difenbahyaya uzaqdan baxmağı məsləhət görməlidirlər. İri yarpaqları və qalın gövdəsi ilə gözəl ev çiçəyi olan difenbahyaya qulluq etmək son dərəcə asandır. Eyni zamanda, tez böyüyən bitkidir. Olduğu mühitə uyğunlaşan difenbahya çiçəyi hər yerdə asanlıqla böyüyür və yetişir”.

 

Bu bitki sürətli böyüyür, qısa zamanda çox yarpaq çıxarır. 200-ə qədər növü olduğu fərz edilsə da, elmə 56 növü məlumdur. Evdə difenbahya yetişdirmək istəyirsinizsə, bitkinin olduğu mühitin davamlı havalı və küləkli olmasına diqqət edin. Küləkli mühiti çox sevən difenbahya günəş almasa belə, olduğu mühitin işıqlı olmasını istəyir.


 

loading...
Oxşar xəbərlər