loading...
loading...

Çöpçü, yoxsa həkim-mütəxəssis? - PEDİATR RƏYİ

loading...

Çöpçü, yoxsa həkim-mütəxəssis? - PEDİATR RƏYİ

Aile.Fenomen.az pediatr Günay Rəsulovanın məqaləsini təqdim edir.

 

Valideynlər övladını çöpçüyə aparmazdan əvvəl bir az daha dərindən düşünməyə borcludurlar


”Uşaq əlini burnuna aparır, çöpü qalıb”. "Uşağın "gözü balacalaşıb” çöpü qalıb”...

Uşaq iştahsızdır, qızdırma, qusma, ishal, səpki, öskürək və s. kimi əlamətlərin olması heç də onu çöpçüyə apararaq ciddi təhlükələrə məruz qoymağınıza əsas vermir. Belə ki, çöpçü ,özümüz öpməyə belə qıymadığımız halda, uşağın nəfəs yollarına üfürərək, onu daşıdığı bütün növ hava-damcı infeksiyalarına qonaq edir və bu, körpənin həyatı üçün çox təhlükəlidir.


Nəzərinizə çatdırım ki, çöp, yəni yad cisim uşaqların yuxarı tənəffüs yollarına (qida borusuna və s) düşə bilər.

 

Əlamətləri

 

Buruna düşmüş yad cisim (adətən uşaqlar özləri onu buruna salır) zamanı uşaq anidən ard-arda asqırmağa, burundan ifrazat axmağa başlayır. Valideyn bunu fərq etməz və uşağı vaxtında həkimə aparmasa, bir neçə gün sonra bu yad cismin olduğu yer iltihablaşaraq, bədən hərarətinin yüksəlməsinə, burundan irinli, pis qoxulu ifrazatın gəlməsinə səbəb ola bilər. Körpənin belə vəziyyətində valideyn uşağı çöpçüyə aparanda onu digər daha təhlükəli infeksiyalara məruz qoymuş olur. Bundan başqa uşağın burnuna üfürərkən burundakı bu yad cisim ani olaraq yuxarı tənəffüs yollarına düşərək, boğulma, obstruksiya və nəticədə körpənin ani ölümünə səbəb ola bilər.
 

Yad cisim yuxarı və aşağı tənəffüs yollarına (qırtlaq, traxeya, bronxlara) düşərkən uşaqda ani olaraq başlayan fasiləsiz öskürək, boğulma, göyərmə halları baş verir. Təbii ki, belə vəziyyətlərdə bu yad cismi steril şəraitdə, uyğun üsullarla həkim-mütəxəssis (QBB həkimi və ya uşaq cərrahı) xaric etməlidir.

loading...
Oxşar xəbərlər