Aqressiv uşaqları belə yedizdirin. Yeni araşdırma
loading...
Omeqa-3 yağlı turşular uşaq aqressiyası ilə mübarizə etməyə kömək edəcək. Balıq və digər dəniz məhsulları bu turşularla xüsusilə zəngindir. Həmçinin Omeqa-3 yağlı turşular qozda, araxisdə, balqabaq tumlarında küncüt və kətan yağında, ispanaqda, yumurtada və bəzi digər məhsullarda da var.
ScienceDaily xəbər verir ki, Pensilvaniya Universiteti (ABŞ) alimləri yarım il ərzində 2 qrup yeniyetmələrə nəzarət edirdilər. Bir qrup uşaqların rasionuna Omeqa-3 yağlı turşularla zəngin olan qidalar daxil edilirdi, digər qrup uşaqların rasionunda heç bir dəyişiklik edilmirdi. Nəticədə məlum olub ki, Omeqa-3 yağlı turşularla zəngin olan rasion uşaqlarda aqressiyanın xeyli azalmasına kömək edib. (saglamolun.az)
loading...