Uşağın gözləri zəifləməsinin qarşısını alan 7 profilaktik qayda
Məktəb vaxtlarında uşağın gözləri çox böyük gərginliyə məruz qalır. Məhz bu səbəbdən uşaqlarda görmə tez-tez zəifləyir.
Görmənin zəifləməsi xüsusilə 7-9 və 12-14 yaşlar arası inkişaf edir.
Sizə görmənin zəifləməsinin qarşısını alan 7 profilaktik qaydanı təqdim edirik:
1. Uşağın gözlərinə istirahət verin. Dərslərini oxuyanda uşaq hər 30-40 dəqiqədən bir 10-15 dəqiqə dincəlməlidir.
2. Uşaq kitab və ya dəftəri gözlərdən 40 sm məsafədə tutmalıdır.
3. Uşağın immunitetini möhkəmləndirin ki, o, tez-tez xəstələnməsin.
4. Uşağa gözlər üçün faydalı olan qidalar verin: balıq, kəsmik, mal əti, hindquşu əti, kök, kələm, göyərti.
5. Uşağa eynək təyin olunubsa, uşaq onu mütləq taxmalıdır. Bəzən valideynlər fikirləşir ki, eynəyin taxılması görmənin daha da zəifləməsinə səbəb olacaq. Lakin bu belə deyil. Əksinə eynək taxmadıqda uşaq gözlərini qıyacaq, gözlərə olan gərginlik artacaq və bu da görmənin daha da zəifləməsinə gətirib çıxardacaq.
6. 3 yaşına çatmamış uşağı televizorun qarşısında otuzdurmayın, uşaqlara qəcetləri verməyin. Oftalmoloqlar qəcetləri uşaqların görməsi üçün olduqca ziyanlı hesab edir.
7. Uşağa sadə göz gimnastikasını öyrədin. Uşaq növbə ilə əvvəl 10 saniyə ərzində yaxın (təxminən 30 sm məsafədə), sonra uzaq məsafədə olan obyektlərə baxmalıdır. Məsələn, əvvəl uşaq pencərənin çərçivəsinə, sonra pencərədən görünən uzaqda yerləşən hər hansı obyektə baxmalıdır. Bu gimnastikanı hər gün etmək lazımdır.