Uşağınıza ucuz eynək ALMAYIN!
Bəzi valideynlər uşaqlarının istəklərinə uyğun gün eynəyi alsalar da, onun keyfiyyətini nəzərə almırlar. Hətta eynəyin uşağın gözlərinə verə biləcək ziyana əhəmiyyət verməyənlər belə var. Satıcılar da bəzi valideynlərin eynək alarkən onun keyfiyyəti ilə maraqlanmadıqlarını bildirirlər. Valideynlərin məhəl qoymadığı bu nüans isə uşaqlar üçün sonradan ciddi fəsadlar yarada bilər. Oftolmoloq Şahin Novruzovun sözlərinə görə, günəş eynəkləri gözləri ultrabənövşəyi şüaların zərərli təsirlərindən qoruyur. Bu şüalara qarşı isə uşaqların gözləri daha dayanıqsız olur. Ona görə də valideynlər bu məsələdə daha diqqətli olmalıdırlar. Adi piştaxtalarda satılan və qiymətləri 3-10 manat arasında dəyişən eynəklərin heç bir sertifiktı yoxdur. Xezerxeber.com