Hamiləlikdən sonra idman: nə vaxt başlamaq olar?

loading...

Hamiləlikdən sonra idman: nə vaxt başlamaq olar?

Hamiləlik vaxtı fiziki fəallığın özünəməxsus faydası olduğu kimi, doğuşdan sonra idmana başlamaq üçün də kifayət qədər müsbət səbəblər mövcuddur. Bəs uşaq dünyaya gəldikdən sonra idmana nə vaxt başlamaq olar? Bununla bağlı məlumatları təqdim edirik.

 

Mütəxəssislər hamiləlikdən sonra idmanın aşağıdakı üstünlüklərini vurğulayırlar:


– arıqlamağa yardım edir;
– bədənin kardiovakulyar vəziyyəti yaxşılaşdırır;
– əzələlərin gücləndirir və yığılmasına yardım edir;
– enerjinin artmasına səbəb olur;
– əhval-ruhiyyəni yüksəldir;
– stressi azaldır;
– doğuşsonrası depressiyadan profilaktikadır və depressiyadan bərpa olunmağa yardım edir.

 

Nə vaxt başlamalı?


Həkimlər təbii doğuşdan sonra 6 həftəyə kimi gözləməyi tövsiyə edirlər. 6 həftənin tamamında ginekoloji müayinədən keçdikdən sonra həkimin icazəsi ilə yüngül fiziki çalışmalar etməyə başlamaq olar. Gəzinti, dartınmalar, az yüklü aerobik hərəkətlər tamamilə uyğundur.

 

Qeysəriyyə əməliyyatı keçirən analara isə idman etmək üçün tamamən bərpa olunmalarını gözləmək məsləhət görülür. İdmana başlamazdan əvvəl yara və tikişlər tamamilə sağalmalıdır. Adətən bunun üçün həftələr tələb olunur. Lakin buna baxmayaraq, yüngül gəzinti sağalma prosesini tezləşdirir və ağırlaşmaları aradan qaldırır. İstənilən fiziki fəallıq həkimlə məsləhətdən sonra həyata keçirilməlidir. Hər iki növ doğuşdan sonra analar az yüklü idman hərəkətlərinə üstünlük verməlidirlər.

Əmizdirən analar idmanın südlərinə ziyan verə bilməsindən narahat olurlar. Lakin ana yüngül idman edirsə və bu zaman rahat, ölçüsü düzgün olan büstqalter geyinirsə, döşlərində heç bir ağrı və narahatlıq yoxdursa, idmana davam edə bilər. İdmandan öncə körpəni əmizdirmək tövsiyə edilir ki, məşq zamanı döşlərdə dolğunluq narahatlığa səbəb olmasın. Məşq zamanı və sonrası kifayət qədər su içmək əsas şərtlərdəndir.

 

Doğuşdan sonra idman üçün ümumi qaydalar:
 

– idmana başlamazdan öncə və sonra əzələləri isitməyə və soyutmağa vaxt ayırın;
– ehtiyatla fiziki fəallığa başlayın və fiziki yükü yavaş-yavaş artırın;
– çoxlu su için;
– ifrat yorğunluğa yol verməyin;
– ağrılar müşahidə olunarsa məşqi dayandırın.

 

Beləliklə, doğuşdan sonra ən səmərəli idman növləri olaraq aşağıdakılar tövsiyə olunur:
 

– üzgüçülük;
– yüngül qaçış;
– velosiped sürmək;
– cəld gəzişmək;
– dartınmalar.


loading...
Oxşar xəbərlər