Doğuş zamanı bu musiqiləri dinləyin - SİYAHI
Musiqi həyatımızın hər anında bizə yoldaşlıq edir. Artıq doğum evlərində də musiqiyə qulaq asmaq mümkün olacaq. Hamısı olmasa da, əksər hamilə qadınlar doğuş zamanı onları rahatladacaq mahnıların siyahısını əvvəldən hazırlayıb həkimlərinə təqdim edirlər. Amerikalı məşhur doğuş mütəxəssisi və ginekoloq Jacques Moritz də xəstələrinin yüzdə 70 faizinin özünə o böyük gün üçün özəl olaraq seçdiyi mahnılardan ibarət musiqi siyahısı ilə gəldiyini deyir. Siyahı doğuşu əks etdirərək əvvəlcə zəif ritmli və yumşaq musiqilərlə başlayır, sancıların yüksəldiyi dəqiqələrdə isə daha sərt ritmli musiqilərlə davam edir. Musiqinin xatirələr, duyğular, qorxu və acı ilə baş etmə şəklimizə təsir edən mərkəzi sinir sistemi üzərində mühüm təsiri olduğunu vurğulayan həkim Moritz, qadınların doğuş zamanı özlərini rahatladacaq və gücləndirəcək musiqilərə yönəlməsinin əslində çox normal olduğunu deyir. Araşdırmalar zamanı ana bətnindəki körpənin də musiqini duyduğunu deyən həkim, musiqi siyahısını hazırlamaq istəyən hamilələrə bunları tövsiyə edir. Rahatladıcı və tanış: Ananı rahatlatmaq üçün doğuş zamanı dinlənilən musiqilərin rahatladıcı və tanış olması lazımdır. Siyahınızda yeni və bilmədiyiniz mahnılar yerinə zövqlə dinlədiyiniz tanış mahnıların yer alması vacibdir. Məsələn, yeniyetməlik dövründən çox sevdiyiniz və hələ də içinizi titrədən mahnılar ola bilər. Güclü instrumental mahnılar: Doğumun sürətləndiyi anlar üçün güclü instrumental ritmləri olan ifalar seçin. Sözlü ifalar bu müddətdə diqqətinizi dağıda bilər. Yenə də sözlü musiqi istəyirsinizsə, dilini başa düşmədiyiniz mahnılar seçin. Uzunluq və müxtəliflik: Anaların fərqli ifaçılardan ibarət uzun siyahı hazırlaması lazımdır. Özəlliklə ilk dəfə ana olacaqlar üçün ən az 5, ən ideal 10 saatlıq bir mahnı siyahısı olmalıdır. Gözəl: Körpənizlə qarşılaşdığınız o ilk an üçün bir qadına özünü ən gözəl hiss etdirən mahnıları seçdiyinizə əmin olun. Gözəl və duyğusal keçən o anda arxa planda gözəl duyğusal mahnılar çalınmalıdır. Aile.lent.az həkim Moritzin hazırladığı doğuş mahnılarının siyahısını təqdim edir: