Hamilə qalmaq istəyənlər bu meyvəni yesin

loading...

Hamilə qalmaq istəyənlər bu meyvəni yesin

Bu, bir xurafat deyil, elmi araşdırmadır. Süni mayalanma müalicəsi etdirən qadınlar bolluca avokado meyvəsi və təmiz zeytun yağı yeyərlərsə, övlad sahibi olma şansları üç qat artır. Bu maraqlı elmi həqiqət Harvard Tibb Fakültəsində müalicə olunan 147 qadın arasında aparılan araşdırma ilə ortaya çıxıb. Türkiyə KİV-ə istinadən bu faktın əsasları ilə sizi tanış edirik.

 

 

Türkiyəli mütəxəssis Betül Görgen bildirir ki, pəhriz yağları ilə süni mayalanma müalicəsi əlaqəlidir. Onun sözlərinə görə, "Ağdəniz pəhrizi elə, uşağın olsun” sözü əbəs yerə deyilməyib. Aralıq dənizi pəhrizinin bir parçası olaraq qəbul edilən bəzi qidalardakı yağlar süni mayalanma müalicəsi etdirən qadınlarda müvəffəqiyyəti üç qat artıra bilər: "Zeytun, günəbaxan, fındıq və toxum yağı kimi təkli doymamış yağ ehtiva edən pəhrizlər ana olma baxımından daha faydalıdır. Bu yağları bol miqdarda qəbul edənlərin süni mayalanma müalicəsindən sonra övlad sahibi olma nisbətləri, az miqdarda qəbul edənlərə görə 3-4 qat çoxdur. Təkli doymamış yağlar baxımından ən zəngin qida isə avokado və zeytun yağıdır”.

 

 

Kərə yağı və qırmızı ət yeyənlərin...

 

Yağ və qırmızı ətlə zəngin qidalananlarda süni mayalanma müalicəsi əsnasında toplanan keyfiyyətli yumurta sayı aşağıdır. Həkim qeyd edir ki, ürəyi qoruyan təkli doymamış yağlar bədənin iltihaba cavabını azaldır və insulin həssaslığını dəyişdirərək, doğma qabiliyyətini artırır: "Araşdırmalarda süni mayalanma müalicəsi etdirən xanımlar fərqli qidalanma tiplərinin ehtiva etdiyi yağların miqdarlarına görə qruplara ayrılıb və hər qrupda əldə edilən müalicə nəticələri bir-biriylə müqayisə edilib. Məlum olub ki, bütün yağ növlərindən bol miqdarda yeyən qadınlarda yumurta sayı azdır və keyfiyyətli deyil. Xüsusilə də, doymuş yağlarla zəngin qidalar yeyənlərdə. Bundan başqa, qidalarda çox miqdarda doymamış yağ qəbul edən qadınlarda embrion keyfiyyəti olduqca pisdir”.

 

 

Daha bir araşdırma isə sübut edib ki, qidalarda yüksək nisbətdə təkli doymamış yağ qəbul edənlərdə canlı doğum nisbəti, bu yağları ən aşağı səviyyədə qəbul edənlərə nisbətən 3-4 dəfə çoxdur. Əldə edilən nəticələr olduqca maraqlı olmaqla yanaşı, pəhrizdəki yağlarla süni mayalanma müalicəsini əlaqələndirən ilk elmi işdir: "Avakadonun ana vətəni Meksika və Qvatemaladır. 1980-ci illərin ortalarından etibarən isə Türkiyədə Alanya, Qazipaşa və Anamur kimi Aralıq dənizi sahil xətti olan yerlərdə məşhur olmağa başlayıb. Təəssüf ki, Türkiyədə avokado meyvəsi çox az yeyilir. Bunun ən əhəmiyyətli səbəbi də bizim damaq dadımıza uyğun gəlməməsidir. E və C vitamini baxımından da zəngin olan bu meyvəni yemələri üçün insanları maarifləndirmək əhəmiyyətlidir”.

 


loading...
Oxşar xəbərlər