Doğuşun daha rahat keçməsi üçün PİLATES - İNANILMAZ FAYDALARI

loading...

Doğuşun daha rahat keçməsi üçün PİLATES - İNANILMAZ FAYDALARI

Pilates axıcı balanslı hərəkətlər və doğru nəfəs alıb-vermə texnikaları ilə bədəndə konsentrasiya, daralma, tarazlıq, eyni zamanda istirahət, dincəlmə təmin edən hərəkətlər toplusudur. Hamiləlik prosesinin daha sağlam keçirilməsi, doğuşun rahat olması və doğuşdan sonra fiziki və zehni toplanmanın daha sürətli olması üçün pilates etmək tövsiyə olunur. Amma hamilə qadınların həkimlərindən icazə almadan pilates etmələri qəti qadağandır. Hamilələrin pilatesi fizioterapevt müşayəti ilə etmələri məsləhətdir, əks təqdirdə, əhəmiyyətli narahatlıqlar və xəsarət alma halları meydana gələ bilər. Aile.lent.az hamiləlik dövründə edilən pilatesin faydalarından bəhs edir.

 

- Hamilə qadının fiziki və mənəvi cəhətdən daha güclü olmasını təmin edir.

 

- Hamiləlikdə tez-tez rast gəlinən bel və boyun ağrıları olmaqla əzələ skelet sistemi problemlərinin qarşısını alır.

 

- Daha rahat və sağlam bir hamiləlik keçir.

 

- İdarəli çəki artma təmin edir, diabet və yüksək təzyiq riski azalır.

 

- Həzmsizlik, şiş və köp kimi tez-tez müşahidə edilən problemləri azaldır.

 

- İmmunitet sistemini gücləndirərək xəstəliklərə qarşı müqaviməti artırır.

 

- Məşq sayəsində qadının yuxuları daha nizamlı və keyfiyyətli olur, günlərini daha gümrah və xoşbəxt keçirir.

 

- Məşqlər sayəsində doğuş üçün lazım olan əzələləri gücləndirərək, doğuşun daha rahat reallaşmasını təmin edir, hamiləlikdə və sonra sidik qaçırma şikayətlərini azaldır.

 

- Daralan qarın əzələlərini gücləndirərək, doğuşdan sonra daha sürətlə yığılmasını təmin edir.

 

- Hamiləlik müddətində məşq edən anaların körpələrinin inkişafı pilates etməyənlərə nisbətən daha yaxşı olur.

 

- Hamiləlikdə dəridə çatların yaranma riskini və doğuşdan sonra sallanmaları azaldır.

 

- Doğuşdan sonra ideal çəkiyə dönməyi asanlaşdırır.

 

- Doğuşdan sonra qadının ruhi və fiziki olaraq erkən toparlanmasını təmin edərək, cinsi həyatın normala dönməsini asanlaşdırır.

 

 

Pilates məşqləri nədən ibarətdir?

 

 

Meditasiya və nəfəs: Meditasiya və doğru nəfəs texnikaları hamilələrin zehni, fiziki və ruhi birləşməsini təmin edir. Meditasiya körpəmiz ilə emosional bağımızı qüvvətləndirir, özünəinamı artıraraq boşalmış, rahatlamış, qorxusuz və stressdən uzaq bir doğuş planlaşdırmağa kömək olur. Nəfəs vasitəsilə körpəmizə və özümüzə daha çox oksigen ötürür.

 

Hamilə yoqası: Hamiləliklə birlikdə dəyişən bədəninizə elastiklik qazandırmaq, doğru və dərin nəfəslə körpənin aldığı oksigen miqdarını artırmaq, rahat bir hamiləlik və doğuş üçün hamilə yoqası etmək məsləhətdir.

 

Aerobika məşqləri: Qan axımını sürətləndirir, ürəyi və əzələləri gücləndirir, çəkini idarə edir, dözümlülüyü artıraraq yorğunluq hissini azaldır.

 

Hamiləlikdə pilates həkim məsləhət gördüyü təqdirdə 12-ci həftədən sonra başlana bilər. Doğuşa qədər həftədə 2 və ya 3 seans olmaqla davam etdirə bilərsiniz.


loading...
Oxşar xəbərlər