Hamilələrin yayda necə qidalanmalı olduqlarına dair bəzi detallar
Hamiləlik dövrünə günəş, isti və nəm də əlavə edilincə hamilə qadınları daha çətin bir yay gözləyir. Bu dövrdə həm ananın öz sağlamlığı, həm də körpənin fiziki və zehni inkişafı üçün qidalanmasına iki qat diqqət etməsi vacibdir. Hamilə qadınlara yayda necə qidalanmalı olduqlarına dair bəzi detalları təqdim edirik. Hər səhər 2 ədəd qoz və 2 ədəd ərik Yayda hamilələrin səhər yeməyində mütləq yer almalı olan qidalardan biri də qozdur. Tərkibindəki Omega-3 ilə beyin və göz sağlamlığına, körpənin fiziki və zehni inkişafına yardımçı olur. Odur ki, hamilə qadın hər səhər 2 ədəd qoz yeməlidir. Qozun yanında yeyilən 2 ədəd quru ərik isə potasium qaynağıdır. Ərik körpənin mineral və vitamin ehtiyacının qarşılanmasını təmin edir. Ananın artan şəkər ehtiyacını nizamlayaraq, qəbizlik probleminə yardım edir. Pendirin yaxşısını seçin Kifli, pasterizə edilməmiş pendirlərdən uzaq durun. Pasterizə edilməmiş (yəni qablaşdırılmamış) yumşaq pendirlərdə ola biləcək "listeria” bakteriyası düşmə, erkən doğuş təhlükələrinə yol aça bilər. Hamiləlik dövründə mümkünsə yumurtanı qaynamış, ya da omlet şəklində yeyin. Xüsusən də içərisində müxtəlif göyərtilər olan omlet yemək tərkibindəki bütün vitamin və mineralların əmilməsinə yardımçı olur. Süd və süd məhsulları mütləqdir Bu qidaları gündə 2-3 pors yemək lazımdır. Hər yemək zamanı mütləq süd qrupuna daxil olan məhsul da süfrənizdə olsun. Səhərlər sadəcə süd içə bilər, günorta və axşam yeməklərində ev qatığı yeyə, gecə yatmadan əvvəl isə yenə süd içə bilərsiniz. Bu, həm də kalsium çatışmazlığına faydalıdır, eyni zamanda protein qəbulunu da təmin edir. Qırımızı ət və balığa limon sıxın Yayda ağır və çox yağlı yemək yerinə az duru yağla bişirilmiş tərəvəz yeməkləri, quru paxlalılar yeyilməlidir. Tərəvəz yeməklərinin yanında qırmızı ət və balıq da yeyin. Ətin üzərinə limon sıxsanız, dəmir qəbulunu artırır. Bitki çaylarından uzaq durun Bu dövrdə diqqət edilməsi vacib detallardan biri də soyuq, ya isti, fərq etməz, bitki çayı və cəfəridən uzaq olmaqdır. Soyuq olsa belə, bitki çayı içməyin. Bu, uşaqlıq dartılmalarına səbəb olur. Çox çay və qəhvə qəbulu da anada olduğu kimi, körpədə baş və boyun bölgəsində anormallıqlar yaradır. Çiy ət və az bişmiş ətlərdən uzaq durun. Bunlar anada toksoplazmaya yol açır. Bu parazit hamiləliyin ilk dövründə körpədə yüksək qızdırma, fərqli yuxarı tənəffüs yolu xəstəlikləri, göz və sinir sistemi xəstəliklərinə, körpənin beynində bəzi fəsadlara yol aça, düşməyə də səbəb ola bilər. Nitrit və nitrat tərkibli kolbasa, sosiska kimi məhsullar da bu dövrdə çox yeyilməməlidir. Köpə qarşı çoxlu su için Yay aylarında diqqət edilməli olan detallardan biri də yetərincə su qəbuludur. Əsasən də havalar isindiyi üçün bu dövrdə şiş, köp problemi çox yaşanır. Qazlı içkilər və şirin meyvə suları içmək o qədər də məsləhət deyil.