Saçlarınızı tez bir zamanda bərpa etmək üçün - Resept
loading...
Saçları tez bir zamanda bərpa etmək üçün bu reseptdən istifadə edin. Bu saçlar üçün əsl "təcili yardım"dır. Aptekdən hərəsindən 1 ampula B2, B6, B12, C vitaminləri və kapsul şəklində aevit (A və E vitaminləri) alın. Saç balzamından 1 x.q götürün, vitaminləri əlavə edin (ampulları açmaq, kapsulu deşmək lazımdır), yaxşı qarışdırın, saçlarınıza çəkin. Başınızı sellofanla, üzərindən dəsmalla örtün, 1 saat saxlayın, sonra şampunla yaxşı yuyun. Bu maskanı həftədə 1 dəfə etmək olar. Effekt 1-2 istifadədən sonra görünür.
loading...