İlk Görüşdə Bəylərin Xanımlarda Diqqət Etdiyi 5 ÖZƏLLİK
Aile.fenomen.az saytı hər iki cinsin də diqqətini çəkəcək məlumat paylaşır.
Gəlin ilk görüşdə bəylərin xanımlarda diqqət etdiyi əsas 7 özəllikdən söhbət edək.
Xanımlar hər zaman ətrafındakı bəylərin diqqətini özlərinə cəlb etmək üçün öz xarici gözəlliklərinə və görünüşlərinə maksimum diqqət edirlər.Bütün bunlara da görə qadınlar hər zaman geyimlərinə həddindən artıq çox fikir verirlər.
Lakin, qadınlar daha diqqətli və açıqgöz olsalar, bəylərin əslində nə qədər şəffaf olduqlarını və xanımlarda nələri sevdiyini, nələrə daha çox diqqət etdiyini anlaya bilərlər.
İndi bəylərin ən çox diqqət etdiyi özəllikləri sizinlə də paylaşırıq.
Gözlər
Təsirli və cəlbedici baxışlar – bəylərin xanımlarda ən çox təsirləndiyi nahiyədir.Çünki hər bir insanla ilk ünsiyyət onun gözlərindən başlanır.Demək olar ki, hər bir kişi xanımın gözlərinə baxdığı zaman o xanım və onun xarakteri haqqında hər bir şeyi oxuya bilir.
Gülüş
Gəlin qəbul edək ki, hər kəs istəyər ki, ətrafında gözəl gülüşlü və təbəssümlü insanlar olsun.Xanımlar inansınlar ki, onların bir gülümsəməsi belə bir bəyin onlara aşıq olmasına səbəb ola bilər.
Saçlar
Alimlər də təsdiqləyiblər ki, gözəl, uzun, baxımlı, ipək kimi cəlbedici saçlar hər bir bəyin xanımlarda diqqət etdiyi böyük özəlliklərdəndir.
Uzun ayaqlar
Bu da sirr deyil ki, hər bir bəyin xanımlarda ən çox diqqət etdiyi və təsirləndiyi nahiyə ayaqlarıdır.Nə arıq, nə də çox böyük, lakin, dolğun ayaqlı xanımlar istənilən bəyin xanımlarda təsirləndiyi bölgədir.
Geyim
Xanımlar çalışmalıdır ki, özlərinə və bədən quruluşlarına uyğun geyinsinlər.Çünki, geyimdən çox şey asılıdır.Düzgün seçilmiş geyim həmin xanımın istənilən eyibini və problemini örtə bilər və onu qüsursuz göstərə bilər.