Ətir Qoxusunu Necə Qalıcı Edə Bilərik ? 8 MARAQLI ÜSUL
Aile.fenomen.az saytı maraqlı məlumatlar paylaşmağa davam edir.
Qoxu – danılmaz faktdır ki, tipik və hər kəsin özünə xas şəkildə istifadə etdiyi vasitədir.Çox insan düşünür ki, qoxu yaxud parfümü əgər lazım olduğundan artıq sıxsaq o zaman qoxu qalıcı qalar.Lakin, bu səhv düşüncədir.
Əslində isə ətirin qoxusunun qalıcı olması üçün etməli oluğunuz şeylər var :
1. Doğru ətir seçimi
Dərinizə uyğun ətir seçməlisiniz.Açıq dərili insanlar çiçək qoxulu ətirlər, qaraşın və əsmərlər isə oriental qoxulu ətirlər, qızılı və kürənlər isə meyvə qoxulu ətirlər seçməlidirlər.
2. Təmiz bədənə istifadə etmək
Parfümdan istifadə edərkən bədən nahiyənizdə tər və yaxud da başqa ətirin olmamasından əmin olun.Hətta yaxşı olar ki, parfümdan istifadə etməzdən öncə duş qəbul edəsiniz.Çünki, təmiz bədənə sıxılmış parfüm daha qalıcı və gözəl qoxuya səbəb olur.
3. Düzgün nahiyələrə çəkin
Parfümünüzü boyun, ənsə, dirsək içi, bilək, qulaq arxası kimi nəbz atışlarının hiss olunduğu bölgələrə çəkin.
4. Dekolte nahiyələrini unutmayın
Ətirinizi bel, kürək və sinə dekoltesi bölgələrinə sıxın.Bu hissələr ətirinizi daha çəkici hala gətirir və qalıcılığını artırır.
5. Digər yumşaldıcı vasitələrlə birgə istifadə edin
Ətirinizi krem, losyon, nəmləndiricilərlə birlikdə istifadə etməyə çalışın.Bu məhsullar sayəsində ətirinizin qoxusu daha güclü və təsirli qalacaqdır.
6. Geyimlərinizin üzərinə sıxın
Xüsusilə də jaket, gödəkçə və s. kimi qalın geyimlər qoxunu daha çox özündə saxlaya bilir.
7. Parfümünüzü təzələyin
Parfümünüzü bir dəfə sıxdıqdan sonra 3 – 4 saat aradan sonra onu təzələyin, yəni bir də sıxın.
8. Ətiri qoruyun
Hər dəfə istifadə etdikdən sonra ətirə diqqət edin və qapağının yaxşı bağlanmasına diqqət edin.Çünki, ağzı açıq qalmış ətirin qoxu effekti də get – gedə zəifləyir.