Ac Qarına Yeyilməsi Məsləhət Görülən Məhsullar

loading...

Ac Qarına Yeyilməsi Məsləhət Görülən Məhsullar

 

Aile.fenomen.az saytı maraqlı və faydalı məlumatlar paylaşmağa davam edir.


İndi isə əvvəlki məlumatımızın əksini, yəni səhərlər ac qarına yeyə biləcəyiniz məhsullar siyahısını sizinlə də paylaşacağıq.Məlumatımızda ac qarına yeməli olduğunuz 10 məhsulun adlarını və fərdi şəkildə xüsusiyyətlərini sizinlə bölüşəcəyik.


Yulaf yarması ( qerkules )

Mədə divarlarını turşuluqdan qoruyur və onu müdafiə edir.Həmçinin məhsulun tərkibində qanda xolesterinin miqdarını azaldan xüsusi maddələr var.


Qarabaşaq ( qreçka )

Həzm sisteminin işini stimullaşdırır, həmçinin, zülal, dəmir və vitaminlər mənbəyi hesab edilir.


Qarğıdalı sıyığı

Orqanizmdə toksin və ziyanlı maddələrin xaric olunmasına şərait yaradır, bağırsağın işini stimullaşdırır və uzunmüddətli toxluq hissi verir.


Yumurta

Tədqiqatlar göstərir ki, səhər yeməyində yumurta yemək gün ərzində kalori miqdarını normal saxlamaq üçün əla seçimdir.


Qarpız

Orqanizmi lazımi maye miqdarı ilə təmin edir.Bundan başqa bu giləmeyvənin tərkibində xüsusi likopin maddəsi var ki, bu da görmə vəsağlam ürək üçün çox faydalıdır.


Qarağat

Tədqiqtlara görə mütəmadi olaraq səhərlər qarağat yemək yaddaşın güclənməsinə, qan təzyiqinin normallamasına çox faydalıdır.


Mayasız iridənli çörək

Orqanizm üçün mütləq olan karbohidratlar və digər faydalı elementlər çörəkdə bol şəkildə cəmlənmişdir.


Çərəzlər,qoz və fındıq

Ac qarına yeyilən çərəzlər həzm sisteminin fəaliyyətini normallaşdırır və mədənin işini yüngülləşdirir.


Bal

Səhərlər bal yemək mədəni oyatmaq və bütün gün boyu enerjili olmağa kömək edir.Həmçinin bu məhsul beyinin fəaliiyət və inkişafını yaxşılaşdırır, serontonin ( xoşbəxtlik maddəsi ) adlı maddənin yüksəlməsinə şərait yaradır.


loading...
Oxşar xəbərlər