AC Qarına Hansı Məhsulu Yemək OLMAZ?

loading...

AC Qarına Hansı Məhsulu Yemək OLMAZ?

 

Aile.fenomen.az saytı maraqlı və faydalı məlumatlar paylaşmağa davam edir.


İndi sizinlə maraqlı və diqqətinizi çəkə biləcək məlumat paylaşacağıq.Məlumatımızda ac qarına yeyə biləcəyiniz və yeməməli olduğunuz 10 məhsulun adlarını və fərdi şəkildə xüsusiyyətlərini sizinlə bölüşəcəyik.


 Ac qarına yeyilməsi məsləhət görülməyən məhsul adlarını tanımağa çalışaq.


Mayalı un və un məmulatları

Maya mədə divarlarını qıcıqlandırır və orqanizmdə yüksək qaz əmələ gəlməsinə səbəb olur.


Şəkər və şirniyyat

Şəkər ağır qida məhsulu olub yenicə oyanmış mədə üçün çox ağırdır və o qanda insulinin yüksək miqdarda ifraz olunmasına şərait yaradır.Bu da şəkərli diabet xəstəliyinin yaranmasına səbəb ola bilər.


Yoqurt və digər turş süd məhsulları

Bu tip qidaların səhərlər ac qarnına orqanizm üçü demək olar ki, heç bir xeyri yoxdur.


Armud

Armudun tərkibindəki sərt maddələr boş mədə divarını zədələyə bilər.


Pomidor

Pomidorun tərkibində turşuluq maddələri var ki, səhər ac qarına belə məhsulun qəbulu mədə yazvasına yol aça bilər.


Xiyar və digər yaşıl tərəvəzlər

Çiy tərəvəzlər mədədə həm yanmaya, həm də qaz əmələ gətirmə xüsusiyyətinə malikdir.Bunun da səbəbi məhsulun tərkibindəki turş maddələrdir.


Banan

Ac qarnına banan yemək onun tərkibindəki maqneziyum maddəsinin çox ifraz olunmasına səbəb olacaq, bu da ürəyin böyük gərginlik altında qalması deməkdir.


Ədviyyatlar

Mədəni qıcıqlandırma və mədə şirəsinin çox ifrazına səbəb  olur, bu da mədə - bağırsaq traktı üçün faciə deməkdir.


Soyuq və qazlı içkilər

Mədənin şirə divarlarını zədələyir və qan dövranını pisləşdirir, nəticədə də həzm sistmi pozulur.


Sitrus meyvələri

Tərkibindəki yüksək miqdarda turşuluq hesabına boş mədəyə düşərək yanma yaradır, həmçinin, qastrit və yazvanın əmələ gəlməsinə şərait yaradır.

loading...
Oxşar xəbərlər