Zəncəfilin Unikal Xüsusiyyətləri

loading...

Zəncəfilin Unikal Xüsusiyyətləri

 

Aile.fenomen.az saytı maraqlı və faydalı məlumatlar paylaşmağa davam edir.


Zəncəfil – bu məhsulun həyatımıza daxil olmasının tarixi o qədər də qədim deyil.Lakin qədim Çin xalq təbabətində ondan istifadə tarixi təxminən 2000 il bundan əvvələ gedib çıxır.Zəncəfil mədədəki diyariya xəstəliyinin əlamətlərini və ürək bulanmanın qarşısını almaqda çox təsirlidir.Qədim Hindistanda bu məhsulu yeməyə də əlavə edirdilər.


Zəncəfilin son zamanlar bu qədər məşhur olması boşuna deyil.Onun iştaha itirmə, ürəkbulanmanın qarşısını alma, meteorizm və mədə xəstəlikləri zamanı müalicəvi təsiri var.Çayın içinə bir neçə dilim zəncəfil kökü atsanız, burun infeksiyalarının məhv edilməsinə, bronxitin müalicəsinə, artritin əlamətlərinin yüngülləşməsinə yol aça bilər.Təzə zəncəfil şirəsindən yanıq yerlərini müalicə etmək üçün istifadə olunur.


Bütün bunlardan başqa, zəncəfil çox dadlı ərzaqdır!Lakin, təəssüflər olsun ki, zəncəfil hər kəs üçün icazəli deyil.Onun qanaxıdıcı təsiri var.


Bütün bu müalicəvi xüsusiyyətlərinə baxmayaraq, yaxşı olar ki, zəncəfilli müalicəyə başlamazdan əvvəl öz həkiminizlə məsləhət aparasınız.Əgər həkiminizdən müalicə üçün müsbət cavab alsanız, marketə tələsinvə zəncəfil almağa tələsin!

loading...
Oxşar xəbərlər