Soyuqdəymə Əleyhinə ÇOX Təsirli İçəcək

loading...

Soyuqdəymə Əleyhinə ÇOX Təsirli İçəcək

 

Aile.fenomen.az saytı sağlamlıq haqqıda məlumatlar bölüşməyə davam edir.

 

Qış gəlib və bu sirr deyil ki, qış soyuqdəymələr və qriplər mövsümüdür.Xüsusilə də son zamanlar küçədə hər rastladığımız 3 insandan 1 – in qrip və yaxud da soyuqdəymədən əziyyət çəkdiyinin şahidi oluruq.

 

İlkin əlamətləri isə halsızlıq, baş ağrıları, burun tutulması və boğaz ağrıları olur.

Son dövrlərdə isə bu problemlərə qarşı müxtəlif dərman preparatları və həblər daha məşhurdur.Lakin, insanlar artıq bu cür kimyəvi tərkibli dərmanlarla deyil, daha təbii tərkibə sahib olan vasitələrlə müalicə olunmağa üstünlük verirlər.

 

Beləliklə, bu gün sizinlə soyuqdəymə ilə mübarizədə çox təsirli bir içəcək reseptini bölüşürük.

 

Lazımi məhsullar :

 

1 ədəd portağal

1 ədəd qreypfrut

1 ədəd limon

1 diş sarımsaq

3 – 4 sm zəncəfil kökü

1,5 xörək qaşığı zeytun yağı

 

Hazırlanma qaydası :

 

Portağal, qreypfrut və limonun şirəsini sıxın.Daha sonra zəncəfil kökünü sürtkəcdən keçirin, sarımsağı əzin əlavə edin, daha sonra da zeytun yağını töküb qarışdırın.

 

QEYD :

 

Içəcəyi səhər yeməyindən sonra qəbul etmək lazımdır.

 

Tərkibində olan məhsullar hansı funksiyanı daşıyır ?

 

Zəncəfil – gümrahlıq və güc verir

Sarımsaq – infeksiyalarla mübarizədə təsirlidir

Portağal, qreyfrut, limon – vitamin C mənbəyidir, orqanizmin qəfəslərini bərpa edir.

Zeytun yağı – vitaminlərlə zəngindir və üstəlik içəcəyin dadını "yumşaldır”.

loading...
Oxşar xəbərlər