loading...
loading...

Kökəlməmək Üçün Neçə Saat Yatmaq Lazımdır ?

loading...

Kökəlməmək Üçün Neçə Saat Yatmaq Lazımdır ?

 
 
Aile.fenomen.az saytı məlumat verir ki,

Britaniyalı mütəxəssislər müəyyən ediblər ki, yuxu zamanı insanlar çəki yığırlar.Bununla belə onlar insanların artıq çəki almamaları üçün nə qədər yatmalı olduqlarını da araşdırıblar.

Nəticə almaq üçün ekspertlər 1600 müxtəlif rejimli insanları bu sorğuya cəlb ediblər.Bundan başqa, mütəxəssislər könüllülərin təzyiqlərini ölçüb, qanda şəkərin miqdarını müəyyən edib və xolesterinin miqdarını  yoxlayıblar.

Tədqiqatların sonunda belə müəyyən olunub ki, sistematik yuxusuzluq ( 6 saat və ondan daha az ) maddələr mübadiləsinin fəaliyyətini pozur və belin ölçüsünü böyüdür.Tam yuxusunu ala bilməyənlərin belinin ölçüsü digərləri ilə müqayisədə 3 - 4 santmetr daha böyük olub.

Bundan başqa sübut olunub ki, kifayət qədər yatmayanların qanında faydalı xolesterinin miqdarı daha az olur.Bu element isə orqanizmdə kifayət qədər olmadıqda piylərin əriməsi prosesi zəif gedir.

Bütün bu mənfi nəticələri nəzərə alaraq, mütəxəssilər gün ərzində minimum 6 saat yatmağı məsləhət görürlər.
 

loading...
Oxşar xəbərlər