Parkinson XƏSTƏLİYİ
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Normal vəziyyətdə olan yaşlı insanlarla müqayisədə Parkinson xəstəliyindən əziyyət çəkən yaşlılarda demensiya ( ağılsızlıq, ağıl zəifliyi ) 6 dəfə daha güclü inkişaf edir.Müxtəlif müəllif materiallarına görə demensiya 30 - 40 % idiopatik demensiya zamanı yaranır.Belə ehtimallar da göstərir ki, onun inkişafı yaş ötdükcə böyüyür və artır.Beləliklə, 50 - 59 yaş arası olan xəstələrdə bu 12,4 %, 80 yaşdan yuxarı olanlarda isə 68,7 % təşkil edir.Koqnitiv pozulmaların meydana gəlməsi psixotik pozulmaların inkişaf riskini artırır.
Parkinson xəstəliyi Alzheimer xəstəliyindən sonra ən çox rast gəlinən degenerativ xəstəlikdir.
Parkinson xəstəliyinin ən çox bilinən əlaməti hərəkət pozulmasıdır. Üç əsas əlamətdə (istirahət tremoru, əzələlərdə gərginlik və bradikineziya).
Parkinson xəstəliyi diaqnozunu rahatlıqla qoymaq olar. Duruşun pozulması tarazlığın itməsinə gətirib çıxarır. Parkinson xəstələrinin 85% - də tremor rast gəlinir. Tremor olmadığı zaman diaqnoz qoymaq çətinləşir. Maska üz, önə əyik duruş, göz qırpmanın azalması, qolların sallanmasının çətinləşməsi başlanğıc dönəmin tablosunu tamamlayır. Başlanğıc gücsüzlük və yorğunluq, inkordinasiya, ağrı və narahatlıq hissi də ola bilər. Ayaqları sürüyərək və qısa addımlarla xarakterik yeriş və bütün bədəni ilə birlikdə dönmə Parkinson xəstəliyinin vacib əlamətlərindəndir. Başın bükülməsi, gövdənin əyilməsi və yuxarıdaki əlamətlər motor əlamətlərdir.
loading...