Dişlə Bağlı Hansı Problem XƏRÇƏNG Xətəliyinə Yol Aça Bilər?

loading...

Dişlə Bağlı Hansı Problem XƏRÇƏNG Xətəliyinə Yol Aça Bilər?

 
 
Aile.fenomen.az saytı məlumat  verir ki,

Ağız boşluğu xəstəlikləri və müxtəlif onkoloji xəstəliklərin inkişafı ilə bağlı xəstəliklər arasındakı əlaqəni alimlər tədqiq etməyi bacarıblar.Bu sahə üzrə Nyu - York ştatının Buffalo universitetinin mütəxəssisləri məşğul olublar.Amerikalı tibb işçilərinin apardıqları irimiqyaslı təcrübələr göstərib ki, yaşlı dövrdə parodont xəstəlikləri ilə onkoloji xəstəliklə qarşılıqlı əlaqə yaranır.

Bu nəticəyə gəlmək üçün tədqiqat keçirilib və orada da 65 000 - dən çox qadın və kişi iştirak edib.Orta yaş həddi isə təxminən 68 - dir.Nəticə isə belə alınıb ki, sağlam şəxslərlə müqayisədə, paradontit diaqnozu qoyulan şəxslərdə 14 %  xərçəng xəstəliyi riski daha artıq olub.

Belə olan halda isə insalar daha çox qida borusu xərçəngi xəstəliyindən əziyyət çəkirlər.Qida borusu ağız boşluğu ilə yanaş yerləşdiyi üçün patogenlər bura daxil ola və xərçəngin yaranması üçün şərait yarada bilər.Tədqiqatın müəllifi Jan Uaktivski - Vende belə düşünür.

Başqa bir alimin fikrinə görə isə paradontitdən əziyyət çəkən şəxslərin öd kisəsi xərçənginə yoluxma şansı daha çoxdur.
 

loading...
Oxşar xəbərlər