Nə Üçün Kişilər Qadınlardan 5 DƏQİQƏ Daha Çox Yatmalıdırlar ?
Aile.fenomen.az saytı məlumat verir ki,
Finlandiya institutunun tibbi tədqiqatçıları yuxu üçün ən optimal olan vaxtı müəyyən ediblər.Bunu öyrənmək üçün elmi işçilər irimiqyaslı sorğu keçiriblər.Onlar insanların normal formada neçə saat yatdıqlarını və nə qədər iş günləri buraxdıqlarını öyrənməyə çalışıblar.
Tədqiqatda iştirak etmələri üçün 30 və daha yuxarı yaş aralığında olan 1875 qadın və 1885 kişi dəvət olunub.Könüllülərdən hər biri yuxunun müddəti və xüsusiyyətləri haqqında verilən bütün sualları cavablandırıblar.
Sorğudan sonra belə nəticəyə gəlinib ki, sutka ərzində 7 - 8 saat yatan şəxslər, sutka ərzində 5 yaxud da ki, 10 saatdan daha artıq yatanlarla müqayisədə daha az xəstələnirlər və işi buraxmaq məcburiyyətində qalırlar.Hər hansı bir problem yaxud da yuxu problemi çəkən insanlar isə bundan 5 - 9 gün daha çox işlərini buraxmaq məcburiyyətində qalırlar.Bundan başqa, elmi işçilər yatmaq və yuxu almaq üçün ən optimal zamanı da açıqlayıblar.Beləliklə, kişilər sutka ərzində minimum 7 saat 42 dəqiqə, qadınlar isə 7 saat 38 dəqiqə yatmalıdırlar.
Ekspertlər onu da bildirirlər ki, bu müəyyən olunmuş saatlar ümumidir və hər kəsə uyğun olmaya bilər, bunun üçün çalışın ki, özünüzün individual formada yatmaq və durmaq saatlarınızı müəyyənləşdirəsiniz.Məsələn, 6 saat yatdıqdan sonra həmin şəxs özünü tamamilə rahat və sakit hiss edirsə, deməli 6 saat yuxu almaq onun üçün kifayətdir.
Sinqapur universitetinin ekspertləri qeyd edir ki, yuxu problem və pozğunluqları beyin inkişafı və fəaliyyətinə olduqca mənfi təsirini göstərir.