Şirin, Duzlu, Turş, Acılı Məhsulları Sevməyimizin SƏBƏBİ NƏDİR ?

loading...

Şirin, Duzlu, Turş, Acılı Məhsulları Sevməyimizin SƏBƏBİ NƏDİR ?

 
 

 

Aile.fenomen.az saytı məlumat verir ki,


Qidalanma
Əgər son zamanlar bunlara üstünlük verirsinizsə,


TURŞ MƏHSULLAR
Bəzən bu mədənin turşuluğunun azalması haqqında ilkin siqnal olur.Bu çox zaman kifayət qədər sekretor funksiyası olmayan qastritlər, yəni mədə şirəsi az olduğu zaman baş verir.Bunu qastroskopiyanın köməyi ilə yoxlaya bilərsiniz.
Həmçinin turş dadı olan ərzaqlar təravətləndirici, canlandırıcı təsirə malikdir.O , həm də soyuqdəymə zamanı və yüksək temperatur zamanı çox təsirlidir, iştahanı da açır.


DUZLU MƏHSULLAR
Əgər sizi həmişə duzlu pomidor - xiyar və bu q əbildən olan duzlu qidalara qarşı güclü meyil və hər zaman yediyiniz yeməklər sizə duzsuz kimi təsir bağışlayırsa, deməli orqanizmdə yeni infeksiya ocaqları  yaxud da iltihablar yaranır .
Praktika göstərir ki, belə problemlər çox zaman sidik yolu sistemi ilə bağlı olur :
 - sistit, prostatit, yumurtalıqların iltihabı və s.
Həmçinin immunitet zəifliyi zamanı da duzlu qidalara qarşı meyil yaranır.


ACILI MƏHSULLAR
Ola bilsin ki, bu həzm sisteminin sağalmamış xəstəliklərinin orqanizmə olan intoksikasiya siqnalıdır.Əgər bəzən nə isə acı dadı olan bir şey istəyirsinizsə, təmizləyici prosedurlar keçirərək yüngülləşdirici günlər təşkil edəsiniz.                                                                             
ŞİRİN MƏHSULLAR
Yəqin ki, siz həddindən artıq çox işləyirsiniz və əsəbləriniz artıq tarımdadır.Qlükoza stress hormonu olan - adrenalinin yaranmasında fəal iştirak edir.Bu səbəbdən də əsəb yaxud da zehni yüklənmə zamanı şəkər daha tez sərf olunur və buna görə də hər zaman daha çox yeni porsiya şirniyyat tələb edir.
Belə vəziyyətlərdə özünüzü şirniyyatla sevindirə bilərsiniz.Lakin, əlbəttə ki, yaxşı olar ki, belə vəziyyətlərdə iri tort dilimləri deyil, kiçik şokolad yaxud şiriyyatlardan istifadə edəsiniz.
 

 
 

loading...
Oxşar xəbərlər