Ekspertlər ASILILIQ HALI Yaradan Qidaların Adlarını Açıqlayıblar
loading...
Aile.fenomen.az saytı məlumat verir ki,
Bəzi insanları şirin, bəzilərini duzlu, bəzilərini yağlı, bəzilərini də qızardılmış qidalara meyli olur.Qida məhsulları asılılıq halı yarada bilir.
Narkotika və ondan asılılıq hallarını tədqiq edən Amerika dövlət institutunun ekspertləri asılılıq yarada biləcək məhsulları müəyyən ediblər.Belə nəticəyə gəlinib ki, asılılıq yüksəkkalorili qida qəbul oluduğu zaman baş verir.
Elmi işçilər bildirirlər ki, qida asılılığı eynilə spirtli içkilərə, narkotik vasitələrə olan asılılıq kimi insan psixologiya və fiziologiyasına böyük mənfi təsirlərini göstərir.Asılı halda olan insan özü ilə bacara bilmir və heç bir şəkildə özünə müdaxilə edə bilmir.Asılılıq yaradan qidalar arasında ən çox duzlu, şirin və yağlı qidalar üstünlük təşkil edir.
Asılılıq yaradan qidalar arasında birinci yeri tərkibində kakao olan şokolad tutur.Şokolad çox tutumlu və kifayət qədər kalorili məhsuldur : 100 qr . şokoladda təxminən 550 kkal var.
İkinci yerdə isə çox doyumlu və kalorili qamburgerlər, yağlı pizzalar və əlbəttə ki, çox şəkərli dondurmalar var.
Biz də ümid edirik ki, bu məlumatla tanış olduqdan sonra adı çəkilən yağlı və ziyanlı qidalardan uzaq duracaqsınız və düzgün qidalanma ilə daha sağlam həyat tərzi keçirəcəkiniz.
loading...